Maraqlı melumatlar → TÖVBƏNİN ŞƏRTLƏRİ VƏ TAMAMLAYICILARI
Tövbə böyük sözdür, dərin mənaları vardır. Bu heç də bəzilərinin düşündüyü kimi dildə deyib əməldə günah işlətməyə davam etmək deyildir. Allah-təalanın bu kəlamı barədə dərindən düşünmək lazımdır: “Rəbbinizdən bağış-lanma diləyin, sonra Ona tövbə edin!” (Hud, 3). Göründüyü kimi tövbə istiğfarə (bağışlanma diləməyə-tərc.) əlavə olan bir işdir.
Hər bir əzəmətli, böyük iş kimi tövbənin də öz şərtləri vardır. Alimlər tövbənin Qurani-kərimdən və hədislərdən əxz etmiş olduqları şərtlərini müəyyənləşdirmişlər.
Bunlardan bəziləri aşağıdakı kimidir:
Birinci: Dərhal günahdan əl çəkmək.
İkinci: Ötüb keçənlər barədə peşmançılıq hissi.
Üçüncü: Günahı bir daha təkrar etməmək əzmi.
Dördüncü: Günah üzündən zülmə məruz qalanların hüquqlarını bərpa etmək və ya onlardan bəraət tələb etmək.
Alimlər həmçinin səmimi Ardı »