Maraqlı melumatlar → Fitri sünnələr
Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Beş şey fitrətdəndir: ayıb yerlərini qırxmaq, sünnət olmaq, bığları qısaltmaq, qoltuqaltı tükləri yolmaq və dırnaqları tutmaq"[1].
Zəkəriyyə ibn Əbu Zaidə, Musab ibn Şeybədən, o da Talq ibn Həbibdən, o da İbn Zubeyrdən, o isə Aişədən, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini nəql edir: "On şey fitrətdəndir: Bığları qısaltmaq, saqqalı uzatmaq, misvakdan istifadə etmək, burunu su ilə yaxalamaq, dırnaqları tutmaq, oynaqları yumaq, qoltuqaltı tükləri yolmaq, ayıb yerləri qırxmaq, subaşından sonra daş ilə təmizlənmək". Zəkəriyyə deyir: Musab deyirdi ki, onuncusunu Ardı »