Maraqlı melumatlar → Quran şəfadır..
Allah təala Qurani Kərimi ard-arda, insanların məsləhətlərinə görə nazil etmişdir. Qurani Kərim bərəkətli, mübarək, müqəddəs, bənzəri olmayan bir kitabdır. Allah təala buna belə işarə etmişdir: “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi, 29).
Yəni, bu Quranın xeyirləri və dini faydaları çoxdur. O endirilmişdir ki, ayələrini düşünək, onda olan fövqalədə sirrləri və uca hikmətləri təfəkkür edək. Möhkəm ayələr Quranın anası, yəni əsasıdır. İnadçılıqdan və özünü böyük tutmaqdan uzaq, mütəşabeh ayələrə fitnə çıxarmaq məqsədi ilə tabe olmaqdan çəkinən, haqqı istəyən, tabe olaraq anlayıb düşünən Ardı »