Maraqlı melumatlar → !!!~=Günahkarın Ibadəti=~!!!
Sual: Müsəlman olaraq ölənlərin savab və günahları çəkildikdən sonra savabı çox olanların birbaşa Cənnətə girəcəyinə görə, indi günah işləsək, məsələn, açıq-saçıq gəzib içki içsək və sonra bu günahları ört-basdır edəcək qədər xeyirli və gözəl işlər görsək, məsələn, bulaq düzəltdirsək, kasıba əl tutsaq və əlavə başqa savablar qazansaq, Cəhənnəmə girməkdən xilas ola bilərikmi?
CAVAB
Bəli, savab işləməklə Cəhənnəmə girməkdən xilas ola bilərik, amma haramları qarşılaya bilən savablar çox böyük olmalıdır. Min kasıb geydirilib doyurulsa, bir vaxt namazı qəsdən qəzaya saxlamaq günahını ödəyə bilməz, bir manat zəkat borcu və ya çox az bir qul haqqı ödənmiş olmaz; çünki fərzlərin yanında nafilə savablar dənizə görə damla Ardı »