Maraqlı melumatlar → Cümə namazı
1.Abdullah ibn Ömər və Əbu Hüreyrədən rəvayət olunur ki, onlar Allah elçisinin minbərin üstündə duraraq belə deməsini eşitmişdilər: «İnsanlar gərək cümə namazlarına laqeyd münasibət bəsləməkdən əl çəksinlər, əks halda Allah-taala onların qəlblərini möhürləyəcək və onlar da qafillərdən olacaqlar». Hədisi Müslim rəvayət etmişdir.
2.Səhl ibn Sədin belə deməsi rəvayət olunur: «Yalnız cümə namazından sonra dincələr və nahar edərdik». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Müslimə aiddir.
Digər rəvayətdə isə «Allah elçisinin zamanında...» əlavəsi vardır.
3.Sələmə ibn əl-Əkvanın belə deməsi rəvayət olunur: «Allahın elçisi ilə birgə cümə namazını qılırdıq. Dağılışıb gedəndə isə kölgələnmək üçün heç divarların kölgəsi də yox idi». Hədisi Buxari və Ardı »