Maraqlı melumatlar → Namaz haqqında bir neçə məsləhət
1.Namaz qılarkən bilərəkdən və ya səhvən niyyət, təkbirətul-ehram, rüku, səcdələr və rükudan qabaq dayanmağı artıq və ya əskik yerinə yetirmək namazı batil edir. Və belə bir halda namazı yenidən qılmaq vacibdir. Bu beş şey namazın rükn və sütunu adlanır.
2.Namaz qılarkən aram durmaq, həmçinin namazın qiraəti əsnasında bədənin sakit qalması vacibdir.
3.Kişilərə Sübh, Məğrib və Işa namazlarının Fatihə və surəsini uca səslə oxumaq, habelə Zöhr və Əsr namazlarının Fatihə və surəsini isə asta oxumaq vacibdir. Bütün vacib namazların təsbihatının asta oxunması da vacib sayılır. Namazın sair tilavətlərində isə namaz qılan şəxs ixtiyar sahibidir və qadınlara namazları uca səslə oxumaq olmaz. Uca səs dedikdə, Ardı »