Maraqlı melumatlar → QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (30-35)
31-ci əlamət: zəlzələlərin tez-tez baş verməsi.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Qiyamət saatından qabaq tez-tez zəlzələ baş verəcək» (Buxari).
Bu zəlzələlər hətta müsəlmanların yaşadıqları ölkələrdə də baş verir, baxmayaraq ki, Allah, Özündən qorxan müsəlmanlara təbii fəlakət göndərməyəcəyini vəd etmişdi. Saubanın uzun hədisində deyilirdi ki, Allah öz Rəsuluna belə deyib: «Ya Məhəmməd! Əgər Mən nə isə etmək istəsəm, buna heç nə mane ola bilməz. Mən sənin ümmətinə, onun üzərinə kütləvi fəlakət və yalnız öz sıralarında olanlardan başqa, xarici düşmən göndərərək onu məhv etməyəcəyimə vəd verdim və o hətta bütün qonşu vilayətlər üstünə hücum çəksələr belə, bütöv qalacaq, amma bu onların bir-birini Ardı »