Maraqlı melumatlar → Həyat yoldaşım narkotik maddələrə aludə olmuşdur, boşanmaq istəyirəm
Sual: Narkotik maddələr qəbul edən ərindən qadın boşanma tələb edə bilərmi?
Cavab: Həmd Allaha məxsusdur.
Burada əsas qayda bundan ibarətdir ki, boşanma üçün bir səbəb olmadıqca qadının ərindən boşanma tələb etməsi caiz deyil. Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurmuşdur: “Heç bir səbəb olmadan ərindən boşanma tələb edən qadına cənnətin iyi haram olar”. (Əhməd 1874, Əbu Davud 2226, Tirmizi 1187; Şeyx Albani “İrva əl-Ğalil 2035” əsərində hədisi səhih olaraq təsnif etmişdir.
“Heç bir səbəb olmadan” kəlimələri “ərindən boşanma tələb etmək üçün onu (qadını) buna vadar edəcək heç bir çətinlik olmadan” mənasını daşıyır.
Əl-Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) “Fəth əl-Bari” Ardı »