Maraqlı melumatlar → Allah Azzə və Cəllə insanları heç vaxt küfr etməyə məcbur etməz
Sual: Qurani Kərimin bir çox ayələrində oxuyuruq ki, Allah Təala kafirlərin qəlblərinə pərdə, gözlərinə möhür qoyur, onları haqqı eşitməkdən kar, haqqı görməkdən kor etmişdir. Həmçinin, bilirik ki, Allah heç kəsi küfr etməyə vadar etmir. Elə isə bu ayələri necə başa düşmək lazımdır?
Cavab:
Həmdü-sənalar Allaha məxsusdur.
Şeyx əl-Şənqiti, Allah ona rəhmət etsin, demişdir:
Buna cavab olaraq deyirik ki, Allah Cəllə və Alə, Əzəmətli Kitabının bir çox ayələrində kafirlərin qəlbləri, qulaqları və gözlərinin üzərinə yerləşdirdiyi möhür və pərdələr kimi maneələri izah etmişdir. Allah təala bunları kafirlərin etdikləri əvvəlki küfrləri və öz iradələri ilə Allahın Rəsullarını inkar etdiklərinə görə müvafiq bir cəza olaraq Ardı »