Maraqlı melumatlar → Valentin gününün gizlədilən gerçək tarixçəsi
Bəxtiyar Vahabzadənin "Gülüstan"da dediyi kimi, "bir deyən olmadı durun ağalar", haradan çıxdı bu "Valentin", kim bunu bizə nə zaman sırıdı kimsənin xəbəri olmadı?! Bir də gördük ki, məmləkətin növcavanları soyuq qış günündə dənizkənarında öz leylilərini gəzdirmək zorunda qalıblar və bu günün səhərisi də həmin leylilərlə məcnunların əksəri soyuqdan sətəlcəm olublar. Yahu, sizi kim məcbur etdi, kiçik çillədə bulvarda gəzəsiniz? Başınıza atmı təpmişdi, yoxsa günmü qəhətiydi, bəylər? Deməssiniz, həmin gün 14 fevral Beynəlxalq Sevgililər günü imiş (Adıbatmışın ismi yaman gurultulu səslənir). Soruşanda ki, kim bu günə belə don geyindirib?
Kimsənin xəbəri yox! Yaxşı, bu Valentin dediyiniz vələdüzzina kimdir? Vallahi xəbərləri yox! Bəs nə Ardı »