Maraqlı melumatlar → Namazı təxirə salmaq
Namaz kamil bir ibadət, bəndəliyin ən gözəl mərasimi, Allah qarşısında kiçikliyin izharıdır. Ayə və rəvayətlərdə namaz haqqında çox mühüm həqiqətlərə işarə olunmuşdur.
Namaz insanı çirkin işlərdən uzaqlaşdırır. Namaz qılmaq möminlik nişanəsidir. Bütün peyğəmbərlər namaz qılmış, öz ailə üzvləri və yaxınlarını namaza dəvət etmişlər.
Namazı hifz etmək vacib vəzifələrdəndir. Namaz qılmayan şəxs Allahın rəhmətindən və şəfaətçilərin şəfaətindən məhrumdur. Namaz dinin qanunlarından, Allahı razı salan məqamlardan və peyğəmbərlərin aşkar yollarından biridir. Dini qəbul edən insan üçün ilk vəzifə namazdır. Namaz dinin şərəfi və qüdrətidir. Şeytanın həmlələri qarşısında namaz möhkəm bir səddir. Namaza görə İlahi rəhmət nazil olar. Allaha doğru ən sevimli əməl namazdır. Ardı »