Maraqlı melumatlar → TƏFSİRLƏ MƏNA YAXINLIĞI OLAN MƏFHUMLAR
[color=#173bd3]Bu başlıq altında üç məfhumu araşdıracağıq. Bunlardan biri tə'vil, digərləri də tərcümə və məaldır. Burada bu üç məfhumu araşdırmağımızın səbəbi, sözü gedən məfhumlar arasında məna baxımından əlaqələrinin olmasından qaynaqlanır.
1. Tə'vil
a. Tə'vilin kəlmə və termin mənası
“Tə'vil”, kəlmə etibarı ilə əslinə dönmək mənasına gələn “əvl” kökündən, “təfil” formasında məsdər olub, “döndərmək” və “hər hansısa bir şeyi çatacağı yerə çatdırmaq” deməkdir. [1] Bundan başqa bu, bir də kəlmənin mənasını təyin edib “təqdir və təfsir etmək” mənalarını da ifadə etməkdədir. [2] Bu halda tə'vil, fel olsun, söz olsun, fərq etməz bir şeyin məna və məqsədini açığa çıxarmaq üçün, o şeyi əslinə döndərməkdən ibarətdir. Məsələn, Kəhf Ardı »