Maraqlı melumatlar → DUALARIN AÇARI - SALAVAT
Ərəb dilində salavat – “səlat” sözünün cəmidir. Bu söz həm namaz, həm də mərhəmət, bərəkət mənalarında işlədilir.
Dini termin olaraq, Allahın öz mərhəmətini və nemətlərini Həzrət Mühəmməd Peyğəmbərə (s) yönəltməsi üçün müsəlmanların etdiyi duaya salavat deyilir.
Islam ənənəsinə görə, Həzrət Mühəmməd Peyğəmbərin (s) adı çəkilərkən həm adını çəkən şəxs, həm də eşidənlər mütləq salavat söyləməlidirlər. Yalnız Peyğəmbərin adını söyləyəndə və eşidəndə deyil, sair şəraitlərdə də salavat demək böyük savabdır. Qurani-kərimdə salavatın vacibliyi və əhəmiyyəti barədə belə buyurulur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!” (Əhzab, 56).
Salavatın qaydası barədə Əli ibn Əbu Ardı »