Maraqlı melumatlar → ƏSRİ-SƏADƏT DÖVRÜNÜN SON XƏLİFƏSİ: Hz. ƏLİ (r.ə)
İslam tarixinin ən görkəmli dövrlərindən olan “dörd xəlifə dövrü”nün son xəlifəsi Hz. Əli (r.ə.) olmuşdur. Peyğəmbərimizə (s.ə.v.) və özündən əvvəlki qiymətli İslam xəlifələrinə könüldən beyət edərək onlara qəti bir itaətlə bağlanmış, sahib olduğu yüksək əxlaq ilə bütün müsəlmanlara nümunə olmuşdur.
Peyğəmbər əfəndimizin (s.ə.v.) əmisi Əbu Talibin oğlu olan Hz. Əli (r.ə.) kiçik yaşda İslamı qəbul edən ilk müsəlmanlardandır. Tarixi qaynaqlarda ifadə edildiyi kimi Peyğəmbərimiz Hz. Muhəmmədin (s.ə.v.) yanında böyümüş, ondan təhsil alıb yetişmişdir.
Hicrətdən təxmini olaraq 23 il əvvəl Məkkədə doğulan Hz. Əli (r.ə.) Quran əxlaqını yaşamaqda Peyğəmbərimizin (s.ə.v.) nümunə göstərdiyi mübarək bir İslam xəlifəsidir. Müsəlmanlara qarşı böyük düşmənlik edən məkkəli müşriklərin cəfalarına Ardı »