Maraqlı melumatlar → "Tövhid" (Şirkin Növləri)
Şirk - Rübubiyyət və Uluhiyyətdə Allaha şərik qoşmaq deməkdir. Şirk, əsasən uluhiyyətdə özünü göstərir. Məsələn, Allahdan başqasına yalvarmaq, Ondan başqasına qurban kəsmək, Ondan başqasından qorxmaq, ümid etmək və Ondan başqasını sevmək kimi ibadət növlərindən hər hansı birisini Allahdan başqasına etmək şirkdir.
Şirk bu səbəblərdən dolayı günahların ən böyüyüdür:
1) Yaradılanı Yaradana bənzətmək. Hər kim birisini Allaha şirk qoşarsa, onu Allaha bənzətmiş olur ki, bu da ən böyük zülmdür:
"Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)" (Loğman, 13)
2) Allah şirkdən tövbə etməyəni əsla bağışlamayacağını xəbər vermişdir:
Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Ardı »