Maraqlı melumatlar → Kim ölünü yuyursa qoy qüsl alsın
Sual: Ölünü yuyan kəslər cənazə namazını əda etməzdən öncə paltarlarını dəyişib qüsl almalıdırlarmı?
Cavab:
Həmd Allaha məxsusdur.
Məsələyə dair alimlər arasındakı doğru rəy budur ki, ölünü yuduqdan sonra qüsl almaq müstəhəbdir, fərz deyil.
Bu rəyin tərəfdarları İbn Abbas, İbn Ömər, Aişə, əl-Həsən əl-Bəsri, İbrahim ən-Nəhai, əl-Şafei, Əhməd, İshaq, Əbu Səvr, İbn əl-Münzir və digərləridir. Eləcə də, İbn Qüdamənin ən doğru hesab etdiyi rəydir.
Bax. Sünən ət-Tirmizi, 3/318; əl-Muğni, (1/134)
Şeyx Əlbani, Allah ona rəhmət etsin, demişdir:
Ölünü yuyan üçün qüsl alması müstəhəbdir. Çünki, Peyğəmbər, Ona Allahın salavatı və salamı olsun demişdir: “Kim ölünü yuyursa qoy qüsl alsın və kim cənazəni daşıyırsa Ardı »