Maraqlı melumatlar → "Yaşıla bürünüb cənnəti arzulamayın!"
“Ya xəlifənin qara bayrağı altında sən məhv olacaqsan, yaxud da xürrəmilərin qırmızı bayrağı altında mən”. Bu sözlər “Babək” filmindən hamımıza çox yaxşı tanışdır.
Niyə qara bayraq? Xilafətin qara bayrağı, yaşıl bayraq, İslamın rəmzi olan yaşıl rəng və s. əslində geniş müzakirə mövzusudur və biz bu kiçik araşdırmamızda bu məsələlərə qismən toxunmağa çalışacağıq.
İslamın ilk bayrağı
İslam tarixində Həzrət Peyğəmbərin(s) ilk dəfə Mədinəyə girərkən bayraq (liva) qaldırdığı mənbələrdən məlumdur. Hicrət qafiləsi Mədinəyə yaxınlaşdığında Büreydə bin Huseyb əl-Əsləmi, Rəsulullaha(s): “Mədinəyə yanında bir liva olmadan girməni istəmirəm.” - deyir və başındakı sarığı açaraq qılıncına bağlayır.
Hicrətin 7-ci ayında Şamdan qayıdan Qüreyş karvanını qarşılamağa göndərdiyi Həzrət Həmzənin başçılıq etdiyi Ardı »