Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarNamazın tərcüməsi..

Fatihe Suresi.


Fatihe Suresi.
Rehimli ve merhemetli Allahin adiyla.
Allaha-alemlerin Rebbine hemd olsun.
Hemd olsun rehmli ve merhemetli Olana.
Haqq-hesab gununun Sahibine.
Yalniz Sene ibadet edirik ve yalniz Senden komek dileyirik.
Bizi dogru yola yonelt.
Nemet verdiyin keslerin yoluna,qezebe ducar olanlarin ve azanlarina yoluna yox.



Ixlas Suresi.


Rehmli ve merhemetli Allahin adiyla.
De ki,Allah tekdir.
Allah mohtac deyildir.
O,ne dogmus,ne de dogulmusdur.
Onun hec bir tayi-beraberi,benzeri de yoxdur.


Ruku.

Allah pak ve temizdir.


Secde.

Allah pak ve temizdir.


Qunut.

Allahim! Muhammede ve Onun pak Ailesine xeyir-dua gonder.


Tesehhud.


Allaha hemd olsun.
Sehadet verirem ki.ALLAHdan basqa Ilahi yoxdur,O tekdir ve seriksizdir.
Sehadet verirem ki,Mehemmed Onun qulu ve resuludur.
ALLAHIM! Muhammede ve Onun pak Ailesine xeyir-dua gonder.


Salamlar.

Allahin salami,merhemeti ve bereketi olsun sene ,ey Peygember!
Allahin salami olsun bize ve Ardı »

Maraqlı melumatlarİlahiyyatçı Hacı Şahin Həsənli.Novruz haqqında.

-Novruz barədə nə deyə bilərsiniz? Son bir neçə ildə Azərbaycanda bir qrup peyda olub ki, bu qədim bayramın İslama zidd olduğunu iddia edir.
İlahiyyatçı Hacı Şahin Həsənli.Novruz haqqında.
- Novruz bayramı, təbii ki, İslamdan daha qədim tarixə malik bir bayramdır. Novruz xalqımızın tarixi ilə bağlıdır. Bəllidir ki, İslam yayıldığı ərazilərdə heç vaxt yerli mədəniyyəti sıradan çıxarmayıb. Əksinə, zənginləşdirib və o mədəniyyəti qəbul edib. Təbii ki, dinlə ziddiyyət təşkil edən ünsürlərdən təmizləmək şərti ilə. Bütövlükdə Novruz bayramı gözəl bir bayramdır. Baharın gəlişi qeyd olunur, təbiətlə həmahəng bayramdır. Gözəl ənənələr də var. İnsanlar bir-birini ziyarət edir, küsənlər barışır, qəbiristanlıqlar ziyarət olunur. Yəni Novruz ənənələri ümumilkdə Ardı »

Maraqlı melumatlarİnabət (Tövbə)

İNABƏT (TÖVBƏ)

Allah-taala inabət haqqında buyurur: “Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun.
”[“Zumər”, 54.]
“Tövbə” Allaha üz tutmaq, Ona doğru qayıdış mə`nasındadır. Tövbə üç cür olur:
1. Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq istədiyi qərarda Allaha yaxınlaşmağı tələb etməlidir. Necə ki, Allah buyurur: “Rəbbinin hüzuruna haqqa dönən qəlblə qayıtdı.”[“Qaf”, 33.]
2. Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daimən Allahı zikr etməklə, Onun ne`mətlərini, Ona yaxın bəndələri yad etməklə məşğul olur. Allahın buyurduğu kimi: “(Bu ne`mətləri) ancaq tövbə edib Rəbbinə dönən kimsə yad edər.”[“Mu`min”, 13.]
3. Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi işlər Ardı »

Maraqlı melumatlarOruc səbrin yarısıdır

Oruc tutmağın bir çox maddi və mənəvi faydaları var. Bunlardan bəziləri belədir:

Oruc - insan nəfsinin həddindən artıq istək və ehtirasına mane olur. Oruc tutanlar daha səbrli və mətin olurlar.

Peyğəmbərimiz: "Oruc səbrin yarısıdır", deyə buyurub və eyni zamanda peyğəmbərdən gələn hədisdə bildirilir ki, "Səbr imanın yarısıdır".

İlin digər aylarında mütəmadi çalışan və yorulan mədə oruc vasitəsilə dinlənmək imkanı tapır. Oruc, cəmiyyətin əxlaqi həyatını dəyişdirir.

Varlılar oruc sayəsində kasıb və yoxsulların vəziyyətini daha yaxşı anlayır. Beləliklə, fərdlər arasında bir-birinə kömək etmək, şəfqət və mərhəmət duyğuları inkişaf edir.

İlahi bir əmr olduğu üçün Ramazan ayında da özünə halal olan şeyləri etməyən bir şəxs heç vaxt harama yaxınlaşmaz. Ardı »

Maraqlı melumatlarCənabət qüslünü sübhə qədər gecikdirmək

Sual: Cənabət, heyz və ya nifas qüslünü sübhə qədər gecikdirmək olarmı?

Cavab: Sübhdən əvvəl təmizlənən qadın oruc tutmalıdır. Təmizlik qüslünü isə sübhdən sonraya saxlamaq olar. Amma bunu gün çıxan vaxta qədər gecikdirmək olmaz. O, günəş çıxmadan əvvəl çimməli və namazını qılmalıdır. Həmçinin cənabətli adam da belə etməlidir. Ardı »

Maraqlı melumatlarMisvak və onun XXI əsrdə istifadəsi - İstifadə qaydaları, məsləhətlər.

I Misvakın istifadəyə hazırlıq mеtodikası

Qablaşdırmanı açıb, onun içindəki daхili qеrmеtik pakеti çıхardırlar;
bu qеrmеtik pakеtin bir ucunu (qayçı ilə) kəsib içindən misvak çubuğunu çıхardırlar (bu pakеti istifadə olunan misvakın saхlanması üçün bir tərəfə qoyurlar);
çubuğun bir ucundan 7,0-10 mm məsafə saхlayıb qabıq təbəqəsinin təmiz bıçaqla dairəvi formada çərtirlər çubuğun kəsilmiş ucunun qabıq təbəqəsini ya bıçaqla, ya da qabaq dişlərlə qazıyıb çıхardırlar, sonradan o qabığı ağızda uzun müddət saхlayıb, səylə çеynədikdən sonra tüpürcüklə birgə udmaq məqsədəuyğun olar, çünki misvakın qabığında da orqanizm və ağız boşluğu orqanları üçün хеyirli olan BAM var;
Misvakı isə körpə vaхtından ta qocalana qədər istifadə еtmək olar, özü də bu Ardı »

Maraqlı melumatlarMüsəlman kişi namuslu (ismətli) Xristian qadınla evlənə bilərmi?

Sual: Aşağıdakı məsələ ilə əlaqədar mənə kömək göstərsəniz sizə çox təşəkkür edərəm. Mənim qızım xristiandır (kitab əhli) və o müsəlman bir kişi ilə evlənmək istəyir, lakin öz dinini dəyişmək istəmir. Onlar hər ikisi Sinqapurda yaşayırlar. Mənə deyiblər ki, Sinqapurda müsəlman kişi, yalnız xristian qadın İslam dinini qəbul etdikdən sonra onunla evlənə bilər. Çünki müsəlmançılıq orada üstünlük təşkil etmir. Bu belədirmi? Belə deyilsə, qızım xristian dinində qalmaqla və onlar hər ikisi müsəlman kəbini edərək evlənə bilərlərmi? Həmçinin müsəlman kişi müsəlman nikahı etdikdən sonra xristian nikahında iştirak edə bilər? Bu cür uzun sual verdiyimə görə sizdən üzr istəyirəm. Lakin bu məsələ bizim ailəmizdə Ardı »

Maraqlı melumatlarİslamı düzgün anlayan hökmdar

[color=#f82e00]Əs-Suyuti nəql edir ki, Misirin Oğuz hökmdarı Əhməd ibn Tulun adətən səhərlər məscidlərə baş çəkər, Quran oxunmasını dinləyərdi. Bir dəfə dostlarından birini yanına çağıraraq, ona bir qədər pul verir və xahiş edir:

- Filan məscidə gedərsən və bu dinarları imama çatdırarsan.

Göstərişi yerinə yetirdikdən sonra həmən adam əmirin yanına qayıdır, baş verənləri nəql edir:

- Pulları imama verəndən sonra bir qədər söhbətləşdik. Məlum oldu ki, o, həyat yoldaşı ilə ayrılıb və onun təsərrüfat işləri ilə məşğul olacaq bir kimsəsi yoxdur. Bu məsələ imamı o qədər narahat edir ki, hətta məsciddə Quran oxuyanda bəzən səhvlərə yol verir.

İbn Tulun dedi:
- Düz söyləyir. Dünən səhər həmin məsciddə Ardı »