Maraqlı melumatlar → SƏBRƏ ZİDD OLAN VƏ ONU POZAN AMİLLƏR
Səbir dili Allahdan qeyrisinə şikayətdən, qəlbi qəzəblənməkdən, əzaları üz-gözü və paltarı cırmaqdan qoruyursa, səbir etməmək bütün bunların əksinə səbəb olur. Bunlardan biri də bəndənin Allahdan məxluqa şikayət etməsidir. Belə ki, əgər bəndə Rəbbindən özü kimi bir məxluqa şikayət etmiş olsa, ona rəhm edəndən etməyənə şikayət etmiş olur. Şikayətin Allaha edilməsi isə səbrə zidd deyildir. Bu Yaqubun «Gözəl səbir etmək» (Yusif, 18, 83) – deməklə Allaha şikayətində də öz təsdiqini tapmışdır.
Bəndənin məxluqa ondan yol göstərməsini, yaxud ona yardım etməsini, yaxud da zərurəti aradan qaldırmaqda ona kömək etməsini istəmək məqsədilə öz vəziyyətini danışması da səbri pozmur. Xəstənin öz dərdindən həkimə şikayət etməsində, haqsızlıqla Ardı »