Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarSadece Oxu

Peygember terefinden
gonderilmiw sozleri mutleq
axira qeder oxuyun.
Xeyirxah ve duzgun olun.Oz
imkanlarinizi ancaq temiz
xeyirxah iwlere yoneldin. Gunahlarinizin bagiwlanmasini
dileyin.Ve Allah sizi mutleq
ewidecek.Esselamu aleykum
muselman baci ve qardawlar.
Bu mektub size dunya
muselmanlarina Seudiyye Erebistanindan gelir.Bu sozler Weyx Ehmede Mehemmed Peygember (s.a.s)
terefinden gonderilmiwdi.
Cume gunu Qurani Kerimi
oxuyandan sonra Weyx Ehmedin yuxusuna
Mehemmed Peygember (s.a.s) girir ve ona bu sozleri deyir:
Ey Weyx Ehmed,cume gunu
600 insan olub,amma onlarin
biri de cennete duwmeyib. Ona gore ki,onlarin
arvadlari erlerini saymirdilar.
Varli muselmanlar kasiblara, yetimlere,komek
etmirdiler.Onlar her bir
muselmanin borcu olan 5 vaxt namazi qilmirdilar.Ey
Weyx Ehmed,senin sayende
bu mektubu Ardı »

Maraqlı melumatlarQardaşlara tövsiyyələr.

Hz. Peyğəmbər(s): "Aranızda ən xeyirli olanlarınız qadınları və zövcələrilə ən yaxşı davrananlarınızdır". (Buxari, Muslim)

1. Ailənizə, zövcənizə, uşaqlarınıza xərclədiyinizin sədəqədən daha əfzəl olduğunu unutmayın;

2. Hər qəzəbləndiyiniz anda "talaq" (boşanma) sözünün işlədilməsinin ağır məsuliyyətini düşünərək, bu kəlməni istifadə etməməyə çalışın;

3. Evə gec qayıtmağı planlaşdırarkən, orda sizin yolunuzu gözləyənlərin olduğunu düşünün;

4. Zövcənizin ailəniz üçün göstərdiyi səy və fədakarlığı xoş sözlə, nəvazişlə mükafatlandırmağa çalışın;

5. Həyat yoldaşınız xəstə, başı qarışıq olduqda, yaxud heç bir səbəb olmasa da ona ev işlərində kömək edin;

6. Gündəlik iş problemləri, qayğı, kədər və narazılıqları evinizin qapısını döyərkən, bayırda qoyun və evə qayğısız, gülər üzlə daxil olmağa Ardı »

Maraqlı melumatlarMÖVHUMATLARA İNANMAQ - TƏTƏYYUR

Doğru İmana və kamil tövhidə nail olmaq üçün, əqidəyə naqislik gətirən, imana zidd olan, hər bir işdən uzaq olmaq lazımdır.
İslam əqidəsinə naqislik gətirən işlərdən biri də mövhumatçılıqdır. Mövhumatlar ilin hansısa günlərində işlərin pis olacağına, bəxti gətirməyəcəyinə, yeni ilin hansısa heyvan üstündə təhvil olacağına, yaxud on üç rəqəminin xeyirsiz nəhs rəqəm olmasına, kiminsə ayağının düşərli olmasına, evlərdən, avtomobillərdən təhlükələrdən “qoruyan” fotorəsmlərin asılmasına və s. bu kimi cəfəngiyyatlara etiqad etməkdir.

Bəzi insanlar belə etiqad ucbatından hansısa vaxtda evlənmir, evindən çölə çıxmır, işə başlamırlar. Belə amillərdə xeyir və şər olmaz. Bu cür etiqadlar cahiliyyə dönəmində yaşamış müşriklərin, bütpərəstlərin etiqadları olmuşdur. İslam şəriəti tövhid əqidəsi Ardı »

Maraqlı melumatlarİmam Əlini (ə.s) Yuxuda Görmək Üçün Oxunan Dua

İmam Əlini (ə.s) Yuxuda Görmək Üçün oxunan Dua

Felahu's-Sail'də rəvayət edilmişdir ki; "Kim yuxuda Möminlərin Əmiri İmam Əlini (ə.s) görmə şərəfinə nail olmaq istəsə, yatmadan əvvəl belə söyləsin:

Allahumə inni əs'əlukə ya mən ləhu lutfun hafiyy, və əyadîhi basitatun la tenqazi əs'əlukə bi-lutfikəl hafiyyillezî ma letuftə bihi li'abdin illa illa kufiyə ən turiyəni mevlaye aliyyebne ebi talibin aleyhisselamu fi mənamî.

Allahım, ey lütfü gizli və nemətləri tükənməz Rəbbim! Səndən gizli lütfün vəsiləsiylə yuxumda rəhbərim Əli İbni Əbu Talibi (ə.s) göstərməyini istəyirəm. Çünki sən bir quluna lütf etdiyində ona yetərsən. Ardı »

Maraqlı melumatlarRAMAZAN AYI

[color=#173bd3]Ramazan ayı.Mehriban və bağışlayan Allahın(CC) adı ilə
Ramazan ayı mənəviyyatı təmizləmək üçün ən yaxşı fürsətdir.Bu ay ərzində insan çalışır ki,günaha batmasın.Beləliklə insan mənəviyyatın təmizləyir.Çünki günah insan mənəviyyatını korlayıb məhv edər.İnsan oruclu olanda çalışır ki,günah iş görməsin.Çalışır ki,orucu batil olmasın.Yəni oruc vasitəsi ilə mənəviyyatı təmizlənir.Amma insan orucun hər bir gözəlliyin görsə daha çox şad olar.Oruc o qədər xeyirli əməldir ki,hədisdə buyrulur ki:”Cənnətin Rəyyan adlı qapısı vardır ordan ancaq oruc tutanlar keçər.”.
Oruc islam dininin sütunlarındandır.Oruclu insan o qədər Allah yanında hörmətlidir ki,day onu mən sizə başa sala bilmərəm.Çünki çox böyük bir məqamdı,bu məqamı bu kiçik məqalədə başa salmaq çox çətindi.Ancaq bir neçə hədislə inşallah Ardı »

Maraqlı melumatlarƏxlaqsızlıqdan çəkindirmə

1.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Həsəddən uzaq olun, çünki atəş odunu yediyi kimi həsəd də yaxşılıqları yeyir». Hədisi Əbu Davud rəvayət etmişdir . Buna bənzər hədisi İbn Macə Ənəsdən rəvayət etmişdir.

2.İbn Abbasdan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim insanların razılığı olmadan onların söhbətini dinləsə, Qiyamət günü onun qulaqlarına ərinmiş qurğuşun töküləcək». Hədisi Buxari rəvayət etmişdir.

3.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim qəzəbinə qalib gəlsə, Allah onu öz əzabından xilas edər». Hədisi Təbərani «əlAusat» adlı hədislər toplusunda rəvayət etmişdir. Buna bənzər hədisi İbn Əbu Dünya İbn Ömərdən rəvayət etmişdir.

3.Yenə də Əbu Hüreyrədən rəvayət Ardı »

Maraqlı melumatlarİblisin iradə azadlığı varmı? İnsanları azdırmaqda nə üçün o hərisdir?

Sual: Uzun müddət təfəkkür etdikdən sonra şeytanın surətini soğru –sual etməyə başladım. Bu sualın müəyyən həddi olmalıdır, lakin mən təəccüblənirəm ki, şeytan özünün son mənzilinin cəhənnəm olduğunu bildiyi halda nə üçün fitnə-fəsad, şərr işləməyə çalışır? Belə ki, hər halda, o cinlərdəndir. İnsanlar şeytanın təsiri altında şərrə, fitnəyə meyl edirlər. Lakin şeytan nəyin təsiri altında şər işləyir? Nə üçün? O qəti olaraq cəhənnəmin yanacağı olacağını bilmirmi? Cin olduğundan dolayı, onun da insanlar kimi seçim azadlığl yoxdurmu?

Cavab: Həmd Allaha məxsusdur.

İblis və digər cinlər və insanlar Allaha itaətdə və Ona asi olmaqda sərbəst iradə və seçim azadlığına sahibdirlər. Allah təala buyurur: “Və Ardı »

Maraqlı melumatlarTəkidlə əmr olunan və olunmayan nafilə namazlar və bu namazlarda oxunan surələr...

Təkidlə əmr olunan namazlar on rükətdir:
İbn Ömər deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) on rükət namaz qıldığını yadımda saxlamışam: «Zöhrdən öncə iki, sonra iki, Məğribdən sonra iki, İşadan sonra iki, Sübhdən öncə iki rükət. Bu vaxt Peyğəmbərin yanına daxil olmaq münasib deyildi. Hafsa mənə dedi ki, Sübh vaxtı daxil olduqdan və azan oxunduqdan sonra iki rükət qılardı»[1].

Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zöhrdən öncə dörd və sübhdən öncə iki rükət namazı tərk etməzdi»[2].

Təkidlə əmr olunmayan nafilə namazlar, Əsr, Məğrib və İşa namazlarından öncə qılınan namazlardır:
Abdullah ibn Muğəffəl Peyğəmbərin (Ona Ardı »