Maraqlı melumatlar → Xeyirxahlıq və qohumlara qarşı mehriban münasibət
1.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim ruzisinin bol olmasını və uzun ömür sürməsini arzu edirsə, qohumlarına mehriban münasibət bəsləsin».
Hədisi Buxari rəvayət etmişdir.
2.Cübeyr ibn Mütimdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Qohumluq əlaqələrini kəsən Cənnətə daxil olmaz».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
3. Muğirə ibn Şubədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Həqiqətən, Allah-taala anaların sözündən çıxmağı və onlara qarşı itaətsizlik göstərməyi, qızları diri-diri torpağa gömməyi, haqsız olaraq öz vəzifəsini icra etməkdən imtina etməyi və haqqı çatmayan şeyi tələb etməyi sizlərə haram buyurmuşdur. O, dedi-qodu etmənizi, (gərəksiz yerə) çoxlu sual verməyinizi və malınızı (faydasız işlərə) Ardı »