Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlar → Oturub namaz qılan imamın arxasında necə dayanmaq lazımdır? İmama qoşulmaq barədə müxtəli məsələlər.

Ayaq üstə dayanmaq imkanı olan kimsə oturub namaz qılana tabe olaraq oturmalıdır:
Aişə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstəliyindən şikayətləndiyi üçün evində namaz qılırdı. Demək o, oturaraq namaz qıldı və arxasında bir neçə nəfər namazı ayaq üstə qıldılar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara oturub qılmağı işarə etdi. Namazı bitirdikdən sonra isə dedi: «İmam, tabe olunmaq üçün təyin edilmişdir. O rüku etdikdə siz də rüku edin. O duranda siz də durun. O oturub namaz qılsa siz də oturub qılın...»[1].

Ənəs deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) atdan yıxılmış Ardı »

Maraqlı melumatlar → Sehri (cadunu) sehr ilə açmaq-1

Sual: Şeyx ibn Fauzandan (Allah onu hifz etsin) sehri sehr ilə açmaq barədə soruşduqda belə cavab vermişdir:

Cavab: Sehri başqa bir sehr ilə çözmək məsələsinə gəldikdə alimlərin bir çoxundan bunun icazəli olmadığı sabit olmuşdur. Çünki tədavi (müalicə) yalnız halal və mübah (şəriətdə icazə verilən) yol ilə olmalıdır. Allah təala haram etdikləri şeylərdə müsəlmanlar üçün şəfa qoymamışdır (haram şeyləri müalicə üçün səbəb, vasitə etməmişdir). Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Müalicə (tədavi) olunun, lakin haram ilə müalicə olunmayın”.

Həmçinin İbn Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət olunmuşdur: “Allah təala sizə haram etdikləri şeylərdə sizin üçün şəfa qoymamışdır”.

Haram olunan şeylər Ardı »

Maraqlı melumatlar → Hədislər..

İmam Zenül-Abidin (ə) buyurur:
“Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”
İmam Zenül-Abidin (ə) buyurur:
“Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”
İmam Zenül-Abidin (ə) buyurur:
“Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”
İmam Zenül-Abidin (ə) buyurur:
“Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”

* * *

İmam Rza (ə) buyurur:
“Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.
İmam Rza (ə) buyurur:
“Sükut hikmət qapılarından olan bir qapıdır.”
İmam Rza (ə) buyurur:
“İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”

* * *

Əliyyən Nəqi (ə) buyurur:
“Allah-təala, Onu qəzəbləndirəni xalqın Ardı »

Maraqlı melumatlar → Cox Gozel Hekaye.oxumaga Deyer.ama Kovrelmiyin.

Ailədə gözəl tərbiyə almış Məmməd əxlaqlı, dürüst, dindar bir gənc idi. Ən çox sevdiyi insan ata nənəsi idi. Ondan xeyli dini məlumatlar almışdı. Ən çox da nənəsindən aldığı şükür tövsiyəsi onu çox həyəcanlandırmışdı. Nənəsi ona tez-tez: “Övladım, biz çox zəif insanlarıq, ehtiyacımız da çoxdur, Rəbbimizin lütfü isə çox genişdir. Bizə saysız nemətlər vermişdir. Ona nə qədər şükür etsək də, yenə azdır. Ona görə də ömrün boyu, son nəfəsinə qədər şükür içində yaşa. Allahın lütfü də, qəzəbi də xoşdur. Ondan nə gəlirsə-gəlsin, hər zaman şükür et”, - deyirdi. Məmməd də bu sözləri qulağında sırğa etmişdi, həmişə Rəbbinə şükür edirdi. Artıq Məmmədin evlənmək Ardı »

Maraqlı melumatlar → Evləndikdə şərt qoymuşdum ki, gələcək ərim siqaret çəkməyəcək, lakin əməl etmədi

Sual: Qadın onunla ailə qurmaq istəyən namizədə siqaret çəkməməsi üçün şərt qoya bilərmi? Kişi bu şərtə riayət etməsə qadın nə etməlidir?

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi: Siqaret çəkmək haramdır. Çünki bu pula israfdır və insanın səhhətinə zərərlidir. Həmçinin digərlərinə də zərər verməkdir.

İkincisi:

Evlilik zamanı namizədlər hansı şərtləri irəli sürürlərsə, burada əsas qayda bundan ibarətdir ki, bu şərtlər etibarlıdır və yerinə yetirilməsi vacibdir. Əsas odur ki, bu şərtlər Şəriətə zidd olmasın. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Şərtlər içərisində ən çox yerinə yetirilməsi layiq olan şərt, qadınların ırzlarını bununla halal etdiyiniz mehirdir”. (Buxari 2721 və Müslim 1418)

Kişi qoyulan və Ardı »

Maraqlı melumatlar → Adəm neçə yaşında vəfat etmişdir?

İbn Kəsir (rahiməhullah) ‘əl-Bidəyə van Nihəyə’ kitabında buyurur:
- Adəmin neçə il yaşaması ixtilaflıdır. Fəqət, ibn Abbasdan və Əbu Hureyradan (radıyAllahu anhumə) gələn səhih rəvayətə görə, Lövhul Məhfuzda Adəmin yaşı min il yazılmışdır.

Bu xəbər, Adəmin Tövratda göstərilmiş 930 il yaşı ilə zidd deyildir. Əgər onların söylədikləri Rasulullahın (SallAllahu aleyhi və səlləm) səhih hədisdə bizə bildirdiyi məlumata ziddirsə, onların bu məlumatı bizə görə məqbul deyildir.
Fəqət, biz onların dedikləri ilə bu hədisdə deyiləni cəm edə bilərik. Əgər həqiqətən də, Tövratda deyilənlər təhrif olunmamış məlumatdırsa, bu Adəmin Cənnətdən qovulduqdan sonra Yer üzündə yaşadığı illərin sayıdır. Bu Günəş təqvimi ilə 930 il, Ay təqvimi Ardı »

Maraqlı melumatlar → Xala qızı ilə evlənmək olar?

Sual: Məndən bir yaş yarım cavan olan xalam qızı ilə evlənə bilərəm? Mən həqiqətən onu çox sevirəm.

Cavab: Sizin xalanızın qızı sizin üçün məhrəmlərdən sayılmır. Digər naməhrəm qadınlara şamil edilən hökmlər eynilə ona da aiddir. Bu hökmlərdən biri budur ki, sizin onunla evlənməyinizə şəriətdə icazə verilir. Lakin burada mühüm bir nöqtəni qeyd etmək istəyirik:

Qadın ilə kişi arasında sevgi gözəl şeydir və insanın sevdiyi kəs ilə evlənməsi müstəhəbdir, çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “bir-birini sevən iki kəs üçün onların evlənmələrindən gözəl bir şey yoxdur” (Səhih əl-Cami ? 5200), bununla belə, bu sevgi insanın ağlını örtməməlidir və evləndiyi kəsdə onun Ardı »

Maraqlı melumatlar → ELI(a.s) IMAMETINE DEQIQ SUBUT

Hicrətin onuncu ilində Həzrət Peyğəmbər həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə üz tutdu. Həzrət Peyğəmbəri müşayiət edən adamların sayı haqqında müxtəlif rəqəmlər göstərilmişdir. Amma qəti şəkildə demək olar ki, bu səfərdə həzrəti bir neçə mindən çox müsəlman müşayiət edirdi. «Həccətul-vida» adı ilə məşhur olan bu həcc mərasimində Peyğəmbərlə gəlmiş xeyli müsəlman iştirak edirdi. Həzrət Peyğəmbər həcc əməllərini başa vurub Mədinəyə qayıdarkən zil-həccənin on səkkizinci günü Qədir-Xum adlanan məntəqədə dayandı. Çünki ona çox mühüm bir vəhy nazil olmuşdu. Bu vəhy bütün xalqa elan edilməli idi. Həzrət Peyğəmbər Allah-taalanın əmri ilə Əlinin (ə) vilayət və xilafətini xalqa bildirməli idi. Ayədə buyurulurdu: «Ya Peyğəmbər, Ardı »