Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarGözəl hekayə...

Bir gün süd satmaqla məşğul olan bir adam gəmi ilə səyahətə çıxır... Özü ilə götürdüyü kisədə uzun müddət topladığı qızıllar olur.. O, göyərtədə sakit bir yerə çəkilib dönə-dönə qızıllarını saymağa başlayır. Bu arada onunla bir sırada oturan meymun dirəkdən tullanıb qızıl kisəsini götürür və dərhal (təkrar) dirəyin başına dırmaşır... Süd satan qışqırmağa başlayır.. Camaat göyərtəyə toplaşır...
Gəminin məsul işçiləri meymuna nə qədər xoşluqlar nümayiş etdirsələr də, bütün cəhdlər nəticəsiz qalır... Bir nəfər dirəyə dırmaşmaq istədi.. Lakin meymun əlindəki qızıl kisəsini dənizə doğru sallamağa başlayan kimi: «Aman kisəni dənizə atmasın» — deyərək, ondan da vaz keçdilər. Meymuna ən sevdiyi yeməkləri göstərsələr də, xeyri Ardı »

Maraqlı melumatlarOturub namaz qılan imamın arxasında necə dayanmaq lazımdır? İmama qoşulmaq barədə müxtəli məsələlər.

Ayaq üstə dayanmaq imkanı olan kimsə oturub namaz qılana tabe olaraq oturmalıdır:
Aişə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstəliyindən şikayətləndiyi üçün evində namaz qılırdı. Demək o, oturaraq namaz qıldı və arxasında bir neçə nəfər namazı ayaq üstə qıldılar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara oturub qılmağı işarə etdi. Namazı bitirdikdən sonra isə dedi: «İmam, tabe olunmaq üçün təyin edilmişdir. O rüku etdikdə siz də rüku edin. O duranda siz də durun. O oturub namaz qılsa siz də oturub qılın...»[1].

Ənəs deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) atdan yıxılmış Ardı »

Maraqlı melumatlarWielik Quranda

Şiə sözü Quranda dəfələrlə işlənilib. Bu söz təriqət və dəstə mənasında işlənsə də əsasən mənfi məna daşıyır. Gəlin baxaq:


"Dinlərini parçalayıb Şiə (firqə-firqə) olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir." (6:159)

Bu ayədə Allah bizi dini parçalayıb şiə olmamağı xəbardarlıq edir və elan edir ki, bu adamlar Muhəmməd peyğəmbərin (sas) ümmətindən deyil.


De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından üzərinizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb Şiə (dəstə-dəstə) etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Bax gör! Biz ayələri belə izah edirik ki, bəlkə başa düşsünlər. (6:65)

Bu ayədə Allah xəbərdarlıq edir Ardı »

Maraqlı melumatlarSehri (cadunu) sehr ilə açmaq-1

Sual: Şeyx ibn Fauzandan (Allah onu hifz etsin) sehri sehr ilə açmaq barədə soruşduqda belə cavab vermişdir:

Cavab: Sehri başqa bir sehr ilə çözmək məsələsinə gəldikdə alimlərin bir çoxundan bunun icazəli olmadığı sabit olmuşdur. Çünki tədavi (müalicə) yalnız halal və mübah (şəriətdə icazə verilən) yol ilə olmalıdır. Allah təala haram etdikləri şeylərdə müsəlmanlar üçün şəfa qoymamışdır (haram şeyləri müalicə üçün səbəb, vasitə etməmişdir). Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Müalicə (tədavi) olunun, lakin haram ilə müalicə olunmayın”.

Həmçinin İbn Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət olunmuşdur: “Allah təala sizə haram etdikləri şeylərdə sizin üçün şəfa qoymamışdır”.

Haram olunan şeylər Ardı »

Maraqlı melumatlarHədislər..

İmam Zenül-Abidin (ə) buyurur:
“Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”
İmam Zenül-Abidin (ə) buyurur:
“Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”
İmam Zenül-Abidin (ə) buyurur:
“Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”
İmam Zenül-Abidin (ə) buyurur:
“Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”

* * *

İmam Rza (ə) buyurur:
“Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.
İmam Rza (ə) buyurur:
“Sükut hikmət qapılarından olan bir qapıdır.”
İmam Rza (ə) buyurur:
“İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”

* * *

Əliyyən Nəqi (ə) buyurur:
“Allah-təala, Onu qəzəbləndirəni xalqın Ardı »

Maraqlı melumatlarCox Gozel Hekaye.oxumaga Deyer.ama Kovrelmiyin.

Ailədə gözəl tərbiyə almış Məmməd əxlaqlı, dürüst, dindar bir gənc idi. Ən çox sevdiyi insan ata nənəsi idi. Ondan xeyli dini məlumatlar almışdı. Ən çox da nənəsindən aldığı şükür tövsiyəsi onu çox həyəcanlandırmışdı. Nənəsi ona tez-tez: “Övladım, biz çox zəif insanlarıq, ehtiyacımız da çoxdur, Rəbbimizin lütfü isə çox genişdir. Bizə saysız nemətlər vermişdir. Ona nə qədər şükür etsək də, yenə azdır. Ona görə də ömrün boyu, son nəfəsinə qədər şükür içində yaşa. Allahın lütfü də, qəzəbi də xoşdur. Ondan nə gəlirsə-gəlsin, hər zaman şükür et”, - deyirdi. Məmməd də bu sözləri qulağında sırğa etmişdi, həmişə Rəbbinə şükür edirdi. Artıq Məmmədin evlənmək Ardı »

Maraqlı melumatlarEvləndikdə şərt qoymuşdum ki, gələcək ərim siqaret çəkməyəcək, lakin əməl etmədi

Sual: Qadın onunla ailə qurmaq istəyən namizədə siqaret çəkməməsi üçün şərt qoya bilərmi? Kişi bu şərtə riayət etməsə qadın nə etməlidir?

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi: Siqaret çəkmək haramdır. Çünki bu pula israfdır və insanın səhhətinə zərərlidir. Həmçinin digərlərinə də zərər verməkdir.

İkincisi:

Evlilik zamanı namizədlər hansı şərtləri irəli sürürlərsə, burada əsas qayda bundan ibarətdir ki, bu şərtlər etibarlıdır və yerinə yetirilməsi vacibdir. Əsas odur ki, bu şərtlər Şəriətə zidd olmasın. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Şərtlər içərisində ən çox yerinə yetirilməsi layiq olan şərt, qadınların ırzlarını bununla halal etdiyiniz mehirdir”. (Buxari 2721 və Müslim 1418)

Kişi qoyulan və Ardı »

Maraqlı melumatlarAdəm neçə yaşında vəfat etmişdir?

İbn Kəsir (rahiməhullah) ‘əl-Bidəyə van Nihəyə’ kitabında buyurur:
- Adəmin neçə il yaşaması ixtilaflıdır. Fəqət, ibn Abbasdan və Əbu Hureyradan (radıyAllahu anhumə) gələn səhih rəvayətə görə, Lövhul Məhfuzda Adəmin yaşı min il yazılmışdır.

Bu xəbər, Adəmin Tövratda göstərilmiş 930 il yaşı ilə zidd deyildir. Əgər onların söylədikləri Rasulullahın (SallAllahu aleyhi və səlləm) səhih hədisdə bizə bildirdiyi məlumata ziddirsə, onların bu məlumatı bizə görə məqbul deyildir.
Fəqət, biz onların dedikləri ilə bu hədisdə deyiləni cəm edə bilərik. Əgər həqiqətən də, Tövratda deyilənlər təhrif olunmamış məlumatdırsa, bu Adəmin Cənnətdən qovulduqdan sonra Yer üzündə yaşadığı illərin sayıdır. Bu Günəş təqvimi ilə 930 il, Ay təqvimi Ardı »