Maraqlı melumatlar → Sağ vaxtı verilən sədəqə üstündür, yoxsa ölüm anında verilən?
İnsan üçün sağ vaxtı verilən sədəqə daha əfzəldir yoxsa öldükdən sonra öz vəsiyyətnaməsində malının sədəqə verilməsini yazması?
Həmd Allaha məxsusdur.
Sağlam olarkən verilən sədəqənin fəziləti:
Əbu Hüreyra radiyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəldi və dedi: “Ey Allahın Rəsulu, hansı sədəqənin əcri böyükdür? O dedi: “Sağlam, xəsis olarkən, kasıbçılıqdan qorxub və zəngin olmağa ümidli olduğun zaman verdiyin sədəqə. “Onsuz da filankəslərə çatacağı halda, bunu filankəsə və filana verin, bunu da filan və filankəsə verin” deyərək ölümün səni haqqladığı (canın xirtdəyə durduğu) vaxta saxlama”. (Buxari 1330; Müslim 1713)
Əl-Nəvəvi (Allah ona rəhmət etsin) Əl-Xəttabinin belə söylədiyini Ardı »