Maraqlı melumatlar → Qiyamət Nə Zaman Qopar?
Məşhur Cəbrail hədisində deyilir ki, bir gün vəhy mələyi Cəbrail (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) elmini və imanını imtahan etmək üçün insan qiyafəsində o həzrətin yanına gəldi və bir neçə sual verdi. Iman, Islam və ehsan barədə suallara düzgün cavab alan Cəbrail (ə) sonra soruşdu: “Qiyamətin vaxtını mənə söylə”. Peyğəmbər cavab verdi: “Bu məsələdə soruşulan (yəni mən) soruşandan (yəni səndən) çox bilmir. Amma gəl sənə qiyamətin əlamətlərini xəbər verim. Qadın özü üçün ağa doğmayınca, adsız-sansız dəvə çobanları hündür binalar tikməkdə bir-biri ilə yarışmayınca qiyamətin əlamətləri aşkar olmaz. Beş məsələni Allahdan savayı heç kim bilməz”. Sonra o həzrət, Qurandan aşağıdakı ayəni oxuyub Ardı »