Maraqlı melumatlar → Qədim Misir niyə süqut etdi?
"Hər bir dövlətin öz müddəti var"
Həzrəti Əli (ə)
("Ğurər-ul-hikəm", 7285-ci hikmət)
Qədim dünyanın ən güçlü dövlətlərindən söhbət düşərkən, haqlı olaraq ilk növbədə Misir xatırlanır. Afrika qitəsinin şimal-şərqini, bəzi tarixi dövrlərdə isə Asiyanın müəyyən ərazilərini də əhatə etmiş Misir dövləti fironlar tərəfindən idarə olunurdu. Misir padşahlığının tarixi təqribən e.ə. 3000-cü ildən başlayır. E.ə. 525-ci ilə kimi keçən 2500 il ərzində Misir dövlətində 26 müxtəlif sülaləyə mənsub fironlar hokm sürmüşlər. Bu sülalələrin bəziləri yerli, bəziləri isə Liviya, Efiopiya və s. mənşəli idi.
E.ə. təqribən 1500-1100-cü illər arasında Misir fəal işğalçılıq siyasəti yürüdərək cənub torpaqlarını, habelə Fələstini, Suriyanı ələ keçirdi və Ön Asiyanın ən qüdrətli dövlətinə çevrildi. Ardı »