Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarSheytanlar Yigincagi

Iblis, butun seytanlarla boyuk bir yigincaq teskil edir. Nitqine bele baslayir:

"Biz Muselmanlari mescide getmekden saxlaya bilmirik. Onlari Quran
oxumaqdan ve dogru isler gormekden de cekindire bilmirik. Ondan basqa, onlari Allahi ve Mehemmed Peygemberi (s.a.s) dusunmekden de saxlaya bilmirik. Allahla baglantilari cox gucludur, qira bilmirik." Ardı »

Maraqlı melumatlarİstiğfar

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İstiğfar Allahdan bağışlanma diləmək deməkdir. Uca Allah Quranda ondan istiğfarı çoxlu zikr edir. Bəzi yerlərdə istiğfar etməyi əmr edir: “Elə isə Allahdan bağışlanmağınızı diləyin!” (əl-Muzzəmmil, 20). Bəzi yerlərdə bağışlanma diləyənləri tərifləyir “(onlar) səbr edən, (əməllərində) doğru olan, itaətkar, (malından Allah yolunda) xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir” (Ali İmran surəsi, 17). Uca Allah bəzi yerlərdə Ondan bağışlanma diləyəni bağışladığını bəyan edir. “Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan Ardı »

Maraqlı melumatlarQiyamətin əlamətləri hansılardır?

Sual: Sizdən çox xahiş edirəm, mənə qiyamətin əlamətlərini, bundan necə qorunmaq və xəbərdar olmaq, həmçinin bu cür fitnələr ilə qarşılaşdığımızda necə hərəkət etmək barəsində məlumat verəsiniz.

Cavab: Qiyamətin əlamətləri çoxdur.

Onlardan aşağıdakıları misal göstərmək olar:

Bunlardan: peyğəmbərin sallallahu aleyhi və səlləm Cəbrayıla verdiyi cavabı: “Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları”

Həmçinin:
• Dəccalın peyda olması
• Məryəm oğlu İsanın (Ona Allahın salamı olsun) səmadan nazil olması
• Günəşin qərbdən doğması
• Yerdən heyvanın çıxması

Həmçinin:
• Var-dövlətin çoxalması; belə ki, birinin çoxlu mal-dövləti olacaq, lakin qane olmayacaqdır.
• Çoxlu fitnələrin baş verməsi; Ardı »

Maraqlı melumatlarSelefi Salihin

ƏQİDƏ - Əqd sözündəndir. Bağlamaq, yaxşı bağlamaq, düyün vurmaq deməkdir. İnsanın qəlbində kəsin olaraq qəbul etdiyi şey istər haqq, istər batil olsun əqidədir.
Istilahi mənası - Əqidə insanın heç bir şəkk-şübhə və tərəddüd olmayaraq kəsin olaraq inanması deməkdir. Əgər bir inanc yəqinlik dərəcəsinə çatmazsa ona əqidə deyilməz .(1)
İslam əqidəsı deyildiyi zaman Əhli Sünnə vəl Cəmaatın əqidəsi başa düşülür. Çünki Allahın qulları üçün bəyənib seçdiyi İslam budur. Peyğəmbər - səllallahu aleyhi və səlləm Səhabə, Tabiin və onlara gözəl bir şəkildə tabe olanlarm yoludur.
SƏLƏF - keçən, keçib gedən, keçmiş deməkdir. Keçmiş cəmaatdır. «...Və onları sonradan gələnlər üçün sələf (keçmiş) və ibrət Ardı »

Maraqlı melumatlarHİCAB VƏ LİBASIN ŞƏRTLƏRİ

Müsəlman qadını həmişə «çadra» kimi məlum olan köhnə ənənələr çərçivəsində təsəvvür edilir. Bu təmiz İslam ənənəsidir. Həmin ənənəyə əsasən qadın özünü namus, ləyaqət, ismət, təmizlik və toxunmazlıq çadrası ilə, örtüyü ilə bəzəməlidir.
O, öz ərindən qeyri başqa kişilərdə ehtiras doğuran əməl və hərəkətlərindən çəkinməli, onun mənəvi təmizliyinə şübhə yaranmasına yol verməməlidir. Qadına xəbərdarlıq edilib ki, o cəlb edici baxışla baxmamalı və ya özgə qarşısında özünün fiziki cazibədarlığını göstərməməlidir. Onun örtüyü nəfsinə əsir olmaqdan, ağlını öz istəklərinə yol verməkdən, gözlərini ehtiraslı baxışlardan və şəxsiyyətini düşkünlükdən xilas edə bilər.
Allah Sübhənəhu və Təala bu barədə Qurani Kərimdə belə əmr edir: «Mömin qadınlara de ki, gözlərini Ardı »

Maraqlı melumatlarMəryəm Nə üçün Allahdan ölüm Istədi?

Bəşəriyyət tarixində bir insan əli toxunmadan, bakirə ikən hamilə olmuş yeganə qadın İsa peyğəmbərin (ə) anası Məryəmdir.
Cahil insanların dedi-qodusundan qorxan Məryəm haqqında Qurani-kərimdə belə buyurulur: «Doğum sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Məryəm dedi: «Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım»[1].
Həmin qısa müddətdə üzücü çətinliklərlə üzbəüz gələn Məryəm üçün həyat zəhərə dönmüşdü. Şərəf və ləyaqətini qorumaq onun üçün heç də asan deyildi. Məryəm elə düşünürdü ki, bu uşaq doğulan kimi cəmiyyət qarşısında rüsvay olacaq. Hansı ki, Məryəm üçün paklıq həyatından üstün idi. Allahdan ölüm istəmək batil bir iş olduğu halda, Məryəmin öz Ardı »

Maraqlı melumatlarRamazan ayı ilə bağlı sizi maraqlandıracaq sualların cavab

İlahiyyatçı-alim Hacı Şahin Həsənli ilə müsahibə

Müsəlman dünyası üçün əlamətdar ay olan müqəddəs Ramazan ayı başlayır. Orucluqla bağlı bildiklərimiz və bilmədiklərimizi öyrənmək üçün ilahiyyatçı, “Mənəvi dünya” İctimai Birliyinin rəhbəri Hacı Şahin Həsənlidən müsahibə götürmək qərarına gəldik.

- Ramazan ayı nə üçün müqəddəs adlandırılır?
Ramazan Qurani-Kərimdə adı çəkilən yeganə aydır. Müqəddəs kitabda başqa heç bir ayın adı çəkilməyib. Ramazan ayı ona görə müqəddəsdır ki, Qurani-Kərim bu ayda nazil olub. Məhz bu ayda Allah müsəlmanlara oruc tutmağı vacib buyurub. Qurani-Kərimin “Bəqərə” surəsində Allah bəyan edir ki, “Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə təqvalı olasınız...”. Bu ayədə oruc tutmağın fəlsəfəsi Ardı »

Maraqlı melumatlarGerçək Möminlər

Onlar; ALLAH-ın Adı Xatırlandığı zaman Ürəkləri ürpərər." (Ənfal-2)
Onlar; ALLAH-a əsla şirk qoşmazlar." (Furqan-68 )
Onlar; (Hər cür) Zinaya əsla yaxınlaşmazlar." (Furqan-68 )
... Onlar; Namazların namazlarında müt’i olub (Ona) boyun əyərlər! ." (Mu'minun-2)
Onlar; Boş şeylərdən tamamilə üz çevirərlər. "(Mu'minun-3)
Onlar; Mallarıyla Və Canlarıyla Cihad edərlər. "(Tövbə-20)
Onlar; Cahillərlə əsla mübahisə etməzlər." (Furqan-63)
Onlar; Əmanətlərinə xəyanət etməzlər." (Mu'minun-8 )
Onlar; Söz verdiklərində sözündə durarlar." (Bəqərə-177)
Onlar; Yetimin haqqını qətiliklə yeməzlər." (Nisa-2)
Onlar; Yolda qalmışlara kömək edərlər." (Bəqərə-177)
Onlar; İnsanların qüsurlarını bağışlayarlar." (Əli imran-134) Ardı »