Maraqlı melumatlar → İkinci Hadisə : Münafiqlər Tərəfindən Ortaya Atılan İfk (İftira) Hadisəsi
İkinci Hadisə : Münafiqlər Tərəfindən Ortaya Atılan İfk (İftira) Hadisəsi
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bir səfərə çıxarkən xanımları arasında püşk atar və püşk kimə düşərsə, Peyğəmbər ilə birlikdə o gedərdi. Bu dəfə də püşk Aişə (radiyəllahu anhə)`yə çıxdı. Bu səfərə Rəsulullah ilə birgə o da getdi.
Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) yürüşü qurtardıqdan sonra ordusuyla birlikdə Mədinəyə qayıtmaqçün yola çıxdı. Mədinəyə yaxın bir məsafədə enərək bir neçə gün qaldıqdan sonra əskərlərə yola çıxmaq üçün təzədən əmr verdi. Əskərlər hərəkətə keçdilər. O əsnada Aişə, ehtiyacını ödəmək üçün ordugahdan ayrılaraq tənha bir yerə çıxmışdı. İşini qurtarıb qayıdanda boyunbağısının boynundan düşdüyünü hiss Ardı »