Maraqlı melumatlar → MÜBARƏK DİNİMİZİN NƏZƏRİNDƏ PALTARIN FƏLSƏFƏSİ
(“Təfsiri-nümunə”yə istinadən)
“Ey Adəm övladları! Biz bədənizi örtən bir geyim və sizə zinət olan (bir paltar) göndərmişik. Lakin təqva paltarı daha yaxşıdır. Bu, Allahın ayətlərindəndir, bəlkə düşünəsiniz”. (“Əraf”, 26).
Tarixin göstərdiyi kimi insan həmişə paltar geyinmişdir. Əlbəttə, əsrlər keçdikcə müxtəlif paltarlar olmuşdur. Keçmişdə paltarların çoxu isti və soyuqdan qorumaq üçün istifadə edilmişdir. Həmçinin zinət və təmtəraq məqsədi də daşımışdır. Müasir dövrümüzdə isə paltarın bədəni qoruması birinci dərəcəli əhəmiyyətə malikdir. Kosmonavtların, yanğınsöndürənlərin, mədən işçilərinin, suya dalanların xüsusi paltarları olur ki, onlar bədəni təhlükədən qorumaq üçün hazırlanmışdır.
Bizim dövrümüzdə paltar istehsalı inkişaf etmişdir. Keçmiş ilə müqayisə edilə bilməz.
“Əl-Mənar” təfsirinin müəllifi bu ayənin təfsirində yazmışdır: “Bir Ardı »