Maraqlı melumatlar → YAXŞILIĞIN ƏVƏZİ
Hüccətül-Islam Şəfti XIX əsrin böyük din alimlərindən idi. Təqribən 1761-ci ildə ruhani ailəsində doğulmuş Seyyid Mühəmməd Baqir Şəftinin əsil-nəsəbi 22-ci nəsildən Imam Musa Kazimə (ə) gedib-çıxırdı.
Seyyid Şəfti səkkiz il Iraqda təhsil almış, Vəhid Bəhbəhani, Seyyid Əli Təbatəbai (Sahibi-Riyaz), Seyyid Bəhrül-ülum, Şeyx Cəfər Kaşifül-ğita kimi nəhəng alimlərdən bəhrələnmişdi. Bundan sonra Irana qayıtmış, Qum və Isfahan şəhərlərində Molla Mehdi Nəraqinin və Mirzayi-Qumminin dərslərində təhsilini tamamlamışdı. O, şiə (cəfəri) fiqhinin tarixində “hüccətül-Islam”, yəni Allahın dəlil-sübutu ləqəbi ilə tanınan birinci müctəhid sayılır. (Əhli-sünnə dünyasında bu ləqəbə layiq görülən ilk alim Əbu Hamid Ğəzzali olub).
Seyyid Şəfti öz müasirləri arasında böyük hörmətə malik idi. Siyasi hadisələrə fəal Ardı »