Maraqlı melumatlar → BƏSDİR BİR-BİRİMİZİ ALDATDIQ!
Hər birimiz Cəhənnəmdən xilas olmaq istəyirik, hər birimiz Cənnətə düşməyi arzu edirik. Lakin bizlərdən nə qədəri öz arzusuna uyğun hərəkət edərək öz əmin-amanlığını təmin edə bilir?! Bizlərdən nə qədəri nicat yolunun yolçusu ola bilir?!
Axı dinin dirəyi, küfrlə iman arasında ayırıcı hesab olunan namazı tərk edən bir insan Cəhənnəmdən necə qurtula bilər?!
Məscidlərə ayağı dəyməyən birinin Cəhənnəmdən nicat tapmasını necə düşünmək olar?!
Günahları qurşanan, eyni zamanda ibadətə laqeyd münasibət bəsləyən insan canını Cəhənnəmdən necə yaxa qurtara bilər?!
Hansı saatda qapısının ağzında dayanacağını bilmədən gecə-gündüz Cəhənnəmə sarı irəliləyən insan Cəhənnəm alovundan necə yan keçə bilər?! Cənnət və Cəhənnəmin nə qədər yaxın olmasını isə Peyğəmbərimizin aşağıdakı hədisindən Ardı »