Maraqlı melumatlar → Günahsız Deve
Salam uşaqlar, mən Allahın mübarək möcüzələrindən biriyəm. Mənə «Salehin dəvəsi» də deyirlər. Gəlin öz sərgüzəştimi lap əvvəldən sizə danışım. Mənim yaradılışım həzrət Salehin (ə) peyğəmbər olduğu dövrə təsadüf edir. Belə ki, öz dövrünün ən səbrli və ağıllı insanı olan Salehi (ə) Allah-Taala Səmud qövmünün hidayəti üçün göndərmişdi. Səmud qövmü yaşıllıqlarla dolu olan firavan bir ölkədə yaşayırdılar. Onlar heyvanların hücumundan amanda qalmaq üçün öz evlərini dağların arasında tikmişdilər. Bəli, Allah onlara bol nemətlər əta etmişdi, amma onlar bunun müqabilində Allaha deyil, özlərinin düzəltdikləri bütlərə pərəstiş edir. İlahi qanunlardan boyun qaçırır və həmişə belə naz-nemət içində yaşayacaqlarını güman edirdilər. Həzrət Saleh (ə) Səmud Ardı »