Maraqlı melumatlar → ALQI-SATQI FƏSLİ ( IV)
SƏLƏM – FAİZ
Tərifi:
Ərəb dilində sələm, faiz mənasını daşıyan, (riba) – sözü, naqis ismlərdəndir.
Bu sözün kökü, artmaq, çoxalmaq mənasını daşıyır. Bu artma ya eyni şeyin özündə baş verir. Məsələn, uca Allah buyurur: «hərəkətə (cana) gəlib qabarar...»[1].
Yaxud bu artma və çoxalma nəyinsə müqabilində baş verir. Məsələn, bir manatı iki manata dəyişməklə.
Sələmin hökmü
Qurana, sünnəyə və İslam ümmətinin yekdil rəyinə əsasən sələm haramdır:
Uca Allah buyurur: «Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə Ardı »