Maraqlı melumatlar → Namazın beş vaxtı
sual-
salam aleykum.
Mənə namazın beş vaxtını göstərən dəlilləri yazasınız.
va aleykum salam.
Allah ibadətlərinizi qəbul etsin.
Bütün aləmlərin Xaliqi olan Tanrımız bizə saysız-hesabsız nemətlər vermişdir. Bu nemətlərə görə Yaradana həmd, şükr və tərif edirik, Onun əmrlərini yerinə yetirmək və yasaqlarından çəkinmək borcumuzdur.
Namaz ibadətlərin ən əzəmətlisidir. Hər gün beş vaxtda qılınır. Vaxtlarına görə bunlardır:
1. Sübh (2 rükət): «… Sübh namazını da qıl». («əl-İsra», 78, və ya bax: «Hud», 114; «ər-Rum», 17).
2. Zöhr, yəni günorta (4 rükət): «…Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …» («əl-İsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 18).
3. Əsr, yəni ikindi (4 rükət): «Namazlara, Ardı »