Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanQızılgül kəndi

Tarixi[redaktə]
Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır. Kəndin adı IX əsrdən xatırlanır.

Kənddə 1873-cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904-cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə Ardı »

Qərbi AzərbaycanƏylənli

Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.8). Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir (415, s.34).
Əhalisi[redaktə]
Kənddə 1873 - cü ildə 196 nəfər, 1886-cı ildə 236 nəfər, 1897-ci ildə 308 nəfər, 1904 - cü ildə 215 nəfər, 1914 - cü ildə 228 nəfər, 1916-cı ildə 315 nəfər (415, s.34-35, 116-117), 1918-ci ilin yanvarında 300 nəfər (309, s.220) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur (309, s.220) və Ardı »

Qərbi AzərbaycanFirudin Nəbiyev

Firudin Nəbiyev — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri.

Həyatı[redaktə]
Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.

24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin Ardı »

Qərbi Azərbaycanİmanşahlı

Tarixi[redaktə]
İrəvan quberniyası İrəvan qəzasında, Erm.SSR AS RH-nın 3.l.1935-ci il fərmanına uyğun olaraq dəyişdirilib Mxçyan qoyulmuşdur.
Coğrafiyası və iqlimi[redaktə]
Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd.

Əhalisi[redaktə]
Əhalisi 1831-ci ildə 31, 1905-ci ildə 7 nəfər olmuşdur. 360 nəfər erməni bu kənddə 1828-ci ildə Xoydan və Salmasdan köçürüləndən sonra məskunlaşmışlar. Ardı »

Qərbi AzərbaycanBöyük Kəpənək

Böyük Kəpənək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.

Tarixi[redaktə]
Rayon mərkəzindən 9 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-1830-cu illərdə bura ermənilər köçürülmüş və azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim qədim türk dilində "geçə, yapıncı" mənasında işlənən "kəpənək" sözündən düzələn "kəpənəkçi" etnonimi əsasında əmələ gəlmişdir. Kəpənək sözünə "yıpınçı" mənasında "Kitabi Dədə Qorqud"da rast gəlinir. "Böyük" fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musaelyan qoyulmuşdur. Ardı »

Qərbi AzərbaycanGöy Mələkləri məbədi

Tarixi[redaktə]
Məbəd VII əsrin II yarısında katolikos III Nerses tərəfindən inşa etdirilmişdir. Məbədin inşasına 642 – ci ildə başlanmışdır. Alban tarixçisi Moisey Kalankatlı məbədin hələ tamamlanmasına rəğmən artıq 653 – cü ildən ibadətə açılmasını bildirir. 653 – 659 – cu illərdə Nerses Dvində olduğundan, məbədin inşaat işlərinə Anastas Akarratsi rəhbərlik etmişdir. Lakin ərəblərin Dvinə yaxınlaşması və Bizans qüvvələri ilə Ərəb Xilafəti arasında toqquşmaların çoxalmasından sonra III Nerses Dvindən Göy Mələkləri məbədinə qayıtmışdır.

Lakin X əsrdə bina uçaraq dağılmış və bir daha bərpa olunmamışdır. Bununla belə X əsrdə güclənən Ani çarlığının hökmdarı I Qagik Baqratuninin saray memarlı Memar Trdat Göy Mələkləri məbədinə oxşar ikinci Ardı »

Qərbi AzərbaycanRamiz Bayramov - Elmi və cərrahi fəaliyyəti

Elmi və cərrahi fəaliyyəti[redaktə]
2000-ci ildə "Düz və çənbər bağırsaq karsinoidlərinin diaqnostikası, müalicəsi və proqnozu" mövzusunda tibb elmləri namizədliyinə iddia olunan dissertasiyasını, 2011-ci ildə "Mədəaltı vəzi xərçənginin müayinə və müalicə prinsiplərinin optimallaşdırılması" mövzusunda tibb elmləri doktorluğuna iddia olunan dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycanın, MDB ölkələrinin və Avropanın elmi-tibbi ədəbiyyatlarında mədə bağırsaq sisteminin xoş və bədxassəli şişlərinə həsr edilmiş 90-dan çox elmi əsərləri dərc edilmişdir. Müvafiq mütəxəsisilər və Azərbaycan Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulmuş "Abdominal Onkologiya" kitabının həmmüəllifidir.

Bundan başqa, dəfələrlə ölkədaxili elmi konfranslara, MDB ölkələri onkoloqlarının və radioloqlarının IV qurultayına (Bakı, 2006), Türkdilli Ölkələr və Türk toplumlarının I Tibb Konqresinə (Bakı, 2011), Ardı »

Qərbi AzərbaycanAbbas Çayxorski

Abbas Çayxorski — SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969-1981), neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı, kimya elmləri doktoru, professor

Həyatı[redaktə]
Abbas Çayxorski 1917-ci ildə indiki Ermənistanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olmuşdu. 1918-ci ildə Qərbi Azərbaycanda ermənilər tərəfindən öz doğma yurdlarından qovulması nəticəsində ailə əvvəlcə Ağdama, oradan da Ağdaşa köçür. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra Bakıda texnikuma daxil olur, ali təhsilini isə 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində alır.

“Çayxorski” soyadının yaranmasının maraqlı tarixçəsi var. Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-da Ardı »