Qərbi Azərbaycan → Əhməd Oğuz
Kərimov Əhməd Musa oğlu (Əhməd Oğuz) — şair, ssenari müəllifi, kino redaktoru, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı[redaktə]
Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində fəhlə ailəsində anadan olmuşdur. Doğma kəndində orta məktəbi bitirmişdir (1978). Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1978-1982). Azərbaycanın Quba rayonunun Hacıqaib və Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndlərində dil və ədəbiyyat müəllimi işləmişdir (1985-1989). Ermənistanda ata-baba yurdundan zorla qovulduqdan sonra "Azərbaycan" qəzeti redaksiyasında müxbir olmuşdur (1989-1990). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olsa da, bir ildən sonra qiyabi şöbəsinə dəyişilmişdir (1991). "Xəzər" jurnalında şeir şöbəsinə rəhbərlik Ardı »