Qərbi Azərbaycan → Qasım Binnətov
Həyatı[redaktə]
Binnətov Qasım Babış oğlu 8 mart 1920-ci il tariхində ulu Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində doğulmuşdur. Atası Babış kişi elin hörmətli kişilərindən olub. Babaları Məşədi Allahverdi, Məşədi Binnət ağıllı məsləhətləri, səmimi və saf münasibətləri, müdrik təfəkkürləri ilə elə-obaya yararlı kişilər, kənd ağsaqqalları, eləcə də, o vaхtın dili ilə, koxa kimi ixtiyar sahibləri olmuşdurlar. Dəfələrlə erməni-türk davasına görə yurd-yuvalarından pərən-pərən olsalar da, ara sakitləşən kimi yenidən daşnakların хarabazara çevirdiyi doğma ev-eşiklərinə qayıtmışdılar.
Qasım müəllimin anası Qızbəs də eldə-obada sayılıb-seçilən Məşədi Mürsəl kişinin qızı olmuşdur. O, din elminin bəzi məqamlarına, sirlərinə bələd olub.
Qasım Binnətov Kəsəməndə doğulub böyüsə də, 4 illik təhsilini Kəsəmən kəndində, Ardı »