Qərbi Azərbaycan → Qafar Ramazanov
Həyatı[redaktə]
Ramazanov Qafar Əbdüləli oğlu 1955-ci il 23 noyabrda Qərbi Azərbaycanın Yanıqpəyə kəndində anadan olmuşdur. 1973-cü ildə B.Əfəndiyev adına Çaykənd orta məktəbini əla qiymətlərlə bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) "Kimya" fakültəsinə daxil olmuşdur.
1978-ci ildə Universiteti müvəffəqiyyətlə bitirərək təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda elmi fəaliyyətə başlamışdır. Bu institutda o mühəndislikdən böyük elmi işçi vəzifəsinə qədər elmi yol keçmişdir.
O, 1984-cü ildə SSRİ Elmlər Akademiyasının akademiki, SSRİ Elmlər Akademiyasının vitseprezidenti O.M.Nefedov və tanınmış kimyaçı, kimya elmlər doktoru, əməkdar elm xadimi, professor Abas Quliyevin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edərək "Yüksək molekullu birləşmələr kimyası" sahəsində kimya elmləri namizədi Ardı »