Qərbi Azərbaycan → Mikayıl Abbasov
Abbasov Mikayıl Hümmət oğlu — Azərbaycan Respublikasının Əməkdar Mühəndisi (2008), Texnika elmləri namizədi (2000), Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru.
Həyatı[redaktə]
Abbasov Mikayıl Hümmət oğlu 1970-ci ilin iyunun 13-də Ermənistan SSR-in Krasnoselo rayonunun Cil kəndində anadan olub.
1987-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasına qəbul olub.
1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Fakültə elmi şuranın qərarı ilə həmin kafedrada tədqiqatçı-mühəndis kimi işə başlamışdır.
1994-cü ilin mart ayından Teleradio İB-də “Peyk rabitəsi” sexində böyük el.mexanik vəzifəsində işə başlamışdır.
1995-ci ildən “Peyk rabitəsi” sexinin rəisi vəzifəsində Ardı »