Qərbi Azərbaycan → Əyyub Abbasov (yazıçı)
Əyyub Cəbrayıl oğlu Abbasov ( 1905-18 dekabr 1957) — Yazıçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
Həyatı[redaktə]
Abbasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə keçmiş Zəngəzur qəzasının Şəki (sisyan) kəndində anadan olmuşdur. İki il kənd məktəbində oxumuşdur. Sonralar Naxçıvanda bir dərəcəli məktəbi və Pedaqoji texnikumu btirib, 1928-ci ildə Bakıda Pedaqoji instituta daxil olmuşdur.
1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji texnikumunda dərs hissə müdiri, 1932-33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933-34-cü illərdə «Kommunist» qəzeti redaksiyasında çalışmışdır.
Ə. Abbasov 1934-37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937-39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939-41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri Ardı »