Qərbi Azərbaycan → Qarahamzalı
Tarixi[redaktə]
Toponim İrəvan quberniyası İrəvan qəzasında qarahəmzəli nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik və sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Tamamlı, 1920-ci ildə yenidən dəyişdirilərək Burastan qoyulmuşdur. Yaxınlıqda yerləşən Tamamlı kəndi Qarahəmzalı kəndi ilə birləşdirilmişdir. Tamamlıda 1905-ci ildə 27 nəfər azərbaycanlı olmuşdur. Birləşdirilmiş kəndlər Burastan adlandırılmışdır. Erməni əhalisi buraya 1829-1830-cu illərdə İrandan gəlmişlər.
Coğrafiyası və iqlimi[redaktə]
Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km şimal-qərbdə kənd.
Əhalisi[redaktə]
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra İrandan köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 55 nəfər, 1873-cü ildə 192 nəfər, 1886-cı ildə 247 nəfər, 1897-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında Ardı »