Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanSavalan Talıblı

Həyatı[redaktə]
Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar.

İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb.

Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri Ardı »

Qərbi AzərbaycanYusif Yusifov (alim)

Yusif Bəhlul oğlu Yusifov (d. 23 sentyabr 1929, Vedi mahalı, Qərbi Azərbaycan, SSRİ - ö. 4 yanvar 1998, Bakı, Azərbaycan) — görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, toponimikaçı, elamşünas, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan, nadir ixtisaslı alimlərdən biri.

Elam tarixinə aid araşdırmaları onu dünyanın tanınmış şərqşünas alimləri ilə bir sıraya qoydu, Azərbaycan tarixi üzrə çoxsaylı əsərləri isə tariximizin bir çox qaranlıq səhifələrinə işıq saçdı və yeni istiqamətdə əvəzsiz rol oynadı.
Həyatı[redaktə]
Yusif Bəhlul oğlu Yusifov 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın (hazırkı Ermənistan) Böyük Vedi mahalında anadan olmuşdur. Qədim Oğuz yurdu Vedidə boya-başa çatan Yusif Yusifov 1946-cı Ardı »

Qərbi AzərbaycanHikmət Babaoğlu - Opponenti olduğu dissertasiya müdafiələrinin siyahısı

1. Əksmərkəzləşdirmə siyasəti: Azərbaycanda yerli özünüidarəetmənin inkişafında rolu.

Mehdi İldırım oglu Səlimzadə.
İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər.
Müdafiə 27.12.2007 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Dissertasiya Şurası.
2. Azərbaycanda demokratik dövlət quruculugu prosesində siyasi təsisatların inkişaf xüsusiyyətləri.

Abbaszadə Elnur Arif oglu.
İxtisas: 23.00.02 - Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər.
Müdafiə 30.06.2007 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən № 02.101 Ardı »

Qərbi AzərbaycanSərdarabad mahalı

Sərdarabad mahalı — İrəvan xanlığının 15 mahalından biri. Qərbi Azərbaycanda (indiki Ermənistanda) yerləşirdi.

Tarixi faktlar[redaktə]
1830-cu ildə vilayətin idarəsi erməni D.O.Behbudova (1793-1867) tapşırıldı. 1833-cü ildə iyun ayının 23-də çar hökumətinin qəbul etdiyi əsasnaməyə görə, "Erməni vilayəti" adlandırdıqları İrəvan əraziləri 4 dairəyə bölünür:

İrəvan dairəsi. Buraya Dərəçiçək, Qırxbulaq mahalları daxil idi.
Şərur dairəsi. Buraya Şərur, Vedibasar, Qarnibasar, Zəngibasar mahalları daxil idi.
Sürməli dairəsi. Buraya Sürməli, Dərəkənd-Parseniç mahalları daxil idi.
Sərdarabad dairəsi. Buraya Saatlı, Talin, Seyidli-Axsaxlı, Abaran, Karpi, Sərdarabad mahalları daxil idi.
1849-cu ilin 9 iyununda İrəvan quberniyası yaradıldı və quberniya 5 qəzaya bölündü: 1)İrəvan qəzası; 2)Aleksandrapol qəzası; 3)Novobayzet qəzası; 4)Naxçıvan qəzası ; 5)Ordubad qəzası.

Zəngibasar, Sürməli, Şərur, Sərdarabad mahalları Ardı »

Qərbi AzərbaycanMəleykə Rzayeva

Rzayeva Məleykə Mahmud qızı — Bakı Dövlət Universitetinin Elmi-Tədqiqat Hissəsində kiçik elmi işçi

Həyatı[redaktə]
Rzayeva Məleykə Mahmud qızı 14 iyul 1968-ci ildə Göyçə mahalında anadan olub. Azərbaycanlıdır.

1975-1985-ci ildə Xırdalan 3 saylı orta məktəbi bitirmişdir.

1993-cü ildə Azərbaycan Dövlət Universitetinin Kitabxana-informasiya fakültəsinin qiyabi şöbəsini bitirib.

1986-cı ildə Maarif Nazirliyində katibə-makinaçı vəzifəsində işləmişdir.

1988-ci ildən Bakı Dövlət Universitetinin Elmi-Tədqiqat Hissəsində kiçik elmi işçi vəzifəsində çalışır.

Dil və ədəbiyyat sahəsində tədqiqatlar aparır.

Ailəlidir, iki övladı var.

Seçilmiş əsərləri[redaktə]
1. "Aşıq şənliyinin dil və bədii sənətkarlıq xüsusiyyətləri". Dil və ədəbiyyat jurnalı, 2003, s. 108.
2. "Abşeron yarımadasının ekologiyasına bioloji kimyəvi və coğrafi amillərin təsiri". “Coğrafiya elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın materialları, 2008, s. Ardı »

Qərbi AzərbaycanKolagirən

Kolagirən - Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunda kənd

Kolagirən kəndinin adı 3 yanvar 1935-ci ildə dəyişdirilərək "Tsovinar" qoyulmuşdur.
Kənd rayon mərkəzindən 16 km aralıda yerləşir.

Kolagirən qalası[redaktə]
Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Ardı »

Qərbi AzərbaycanBudaq Budaqov - Elmi-pedaqoji və ictimai fəaliyyəti

1955-ci il Coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası» mövzusunda dissertasiya müdafiə etmişdir (Moskva ş.).
1955-1958-ci illər Azərbaycan SSR Coğrafiya İnstitutunda kiçik elmi işçi işləişdir. 1958-ci il SSRİ AAK-ın qərarı ilə baş elmi işçi adı verilmişdir (14 may). Dördüncü dövr geologiyasının öyrənməsinə dair keçirilən ümumittifaq konfransının iştirakçısı oluşdur. Moskva-Leninqrad-Fin bərxəzi marşrutu üzrə keçirilən çöl ekspedisiyasında iştirak etmişdir (Moskva-Leninqrad). 1958-1962-ci illər Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin elmi katibi oluşdur. 1959-1960-cı illər Azərbaycan SSR EA Coğrafiya İnstitutunun fiziki coğrafiya şöbəsinin rəhbəri işləişdir. Ardı »

Qərbi AzərbaycanZəngəzur kəndləri

Gorus
rayonuAğbulaq • Bayandır • Burun • Daşbaşı • Əliquluşen • Ərəvus • Hortuyüz • Xnatsax • Xndzoresk • Xot • Xoznavar • Kornidzor • Körü • Müsəlləm • Pir Davudan kəndi • Qaladərəsi • Qaraunc • Qaraşen • Qara Vəli • Qurdqulax • Maldaş • Meşəzavodu • Muğancıq • Svarants • Şəhərcik • Şinuayr • Şurnuxu • Tatev • Tatevhes • Tex • Tənzətap • Verişen • Yayıcı • Yeritsatumb
Qafan
rayonuAcıbac • Ağvan • Axtaxana • Araçadzor • Artsvanik • Aşağı Girətağ • Aşağı Gödəkli • Aşağı Hənd • Aşağı Xotanan • Baharlı • Bəydaş • Cibilli • Çakaten • Çobanlı • Ardı »