Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanNəriman İsmayılov

Həyatı[redaktə]
Ermənistan SSR, Amasiya rayonu, Mağaracıq kəndində anadan olmuşdur. 1974-cü ildə Bakıdakı 1 saylı respublika fizika -riyaziyyat təmayüllü internat məktəbi, 1979-cu ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir, ixtisasca fizikdir. Cavan ulduzların spektral və fotometrik tədqiqi ilə məşğul olmuş, bu sahədə tanınmış mütəxəssisdir. Bu istiqamətdə 101 elmi məqalənin, 50-dən çox məruzənin, 3 kitabın müəllifidir. Həm namizədlik, həm də doktorluq dissertasiyaları üzrə ixtisas şifri 01.03.02-dir. Bir çox cavan ulduzların spektral və fotometrik dəyişkənliyinin periodikliyi aşkar olunmuşdur. T Buğa tipli ulduzların spektral və fotometrik xüsusiyyətlərinin ləkə modelində təhlili bu ulduzların fotometrik rəng göstəricilərinin dəyişməsini izah etməyə imkan vermişdir. T Buğa tipli ulduzların işıq əyrilərinin Ardı »

Qərbi AzərbaycanAlmaz Ülvi

Həyatı[redaktə]
Almaz Ülvi (Almaz Qasım qızı Binnətova) Göyçə mahalının Kəsəmən kəndində 1960-cı il avqustun 8-də müəllim ailəsində doğulmuşdur. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlamış (1967-1977) və Bakı Dövlət Universitetində ali təhsil almışdır (1978-1984).

1986-1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili şöbəsini bitirmişdir.

Almaz Ülvi AMEA Nizami adına Ədəbiyyat İnstitunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışır.

1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası müdafiə etmişdir.

2010-cu ildə Almaz Ülvi "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1984-1993-cü illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, 1993-1997-cü illərdə “Dövlət Əmlak Komitəsi”ndə mətbuat xidmətinin rəhbəri kimi və Ardı »

Qərbi AzərbaycanHafiz Hacxalıl

Həyatı[redaktə]
1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var.

Təhsili[redaktə]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib.

Yaradıcılığı[redaktə]
“Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim” və "İşıq" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Hal-hazırdakı fəaliyyəti[redaktə]
Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində çalışır, polis kapitanıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir. Ardı »

Qərbi AzərbaycanƏziz Əliyevin xatirəsi

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı,Naxçıvan və Mahaçqalada mərkəzi küçələrindən biri Əziz Əliyevin adını daşıyır.

Əziz Əliyevin əbədi heykəli xalqın qəlbində çoxdan ucaldılıb. Bunu İmran Qasımovun, Süleyman Rüstəmin, Mustafa bəy Topçubaşovun, Mirzə İbrahimovun, Rəsul Həmzətovun, Baxış Qəhrəmanovun, Abdulla Quliyevin, Həmid Rüstəmovun, M.S.Umaxanovun, Əhməd Musayevin, N.İ.Trufanovun, Əbdülvahab Süleymanovun, Həsən İsazadənin, Nəriman Əliyevin, Zəhra Quliyevanın, həmçinin Qurban Əliyevin, Böyükkişi Ağayevin, Həsən Sultanovun, Leyla Kərimovanın və başqalarının Əziz Əliyev haqqındakı xatirələrində də aydın müşahidə etmək olar. Akademik M.Topçubaşov Əziz Əliyev haqqında xatirələrində yazır: "Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə Ardı »

Qərbi AzərbaycanQafarlı (Qəmərli)

Qafarlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Tarixi[redaktə]
İrəvan quberniyası İrəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, azərbaycanlılar yaşamış kənd.

Əhalisi[redaktə]
Kəndd 1831-ci ildə 652 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 nəfər, 1908-ci ildə 540 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. Ardı »

Qərbi AzərbaycanNərədüz

Nərədüz abidələri — Göyçə mahalının Kəvər (13 aprel 1959-cu ildən etibarən Kamo) rayonunun Nərədüz (ermənilər bu adı Noradus kimi qeyd edirlər) kəndində alban memarlıq abidələri kompleksi. Kompleksə erkən orta əsrlərə aid monastır və orta əsrlərdən XVII-XVIII əsrlərə qədər dövrü əhatə edən müsəlman və xristian məzarları daxildir. Nərədüz məbədi IX yüzildə inşa edilmiş, sonra zamanla məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranmışdır. Buradakı qəbiristanlıqda XIII yüzilə aid alban xaç daşları ilə XIV yüzilin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrinin və daş stelalarının yanaşı mövcud olması bölgədə yerli alban-türk əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilin sonu, XIV yüzilin əvvəllərinə təsadüf etdiyini təsdiqləyir.

Nərədüz Ardı »

Qərbi AzərbaycanAydın İbrahimov (fizik)

Aydın İbrahimov — “Fizika məsələləri-8” dərsliyinin müəllifi

Həyatı[redaktə]
İbrahimov Aydın Həsən oğlu 1 iyun 1947-ci ildə Qərbi Azərbaycanın İcevan rayonunun Haqqıxlı (Vurğun) kəndində anadan olmuşdur.

1965-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və 1966-cı ildə Azərbayan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur.

1971-ci ildə ADU-nun fizika fakültəsini bitirdikdən sonra təyinatla 1971-72-ci illərdə Salyan rayonunun Xələc kənd orta məktəbində fizika müəllimi işləmişdir.

1973-cü ildən 1986-cı ilə qədər Bakı şəhər 217 saylı orta məktəbdə fizika müəllimi kimi əmək fəaliyyətini davam etdirmişdir. 1986-cı ildən hal-hazıra qədər Bakı şəhərindəki 276 saylı orta məktəbdə fizika müəllimi işləyir.

Orta məktəbin “Fizika-9”, “Fizika-10” (I nəşr) və “Fizika məsələləri-7” dərsliklərinin redaktoru, “Fizika məsələləri-8” dərsliyinin müəlliflərindən Ardı »

Qərbi AzərbaycanAşıq Şirin

AŞIQ ŞİRİN - ustad aşıq

Həyatı[redaktə]
1847-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur.

Aşıq Şirin həm də yaradıcı aşıq olmuşdur. Ardı »