Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanNəbi Həsənoğlu

Həyatı[redaktə]
Nəbi Həsənоğlu 1934-cü ildə Qərbi Azərbaycanın qədim Göyçə mahalının Daşkənd kəndində məşhur еl şairi Həsən Xəyallının оcağında anadan оlmuşdur. İlkin yaşlarından atası Həsəndən dərin ruhani təhsili almış, ərəb və fars dillərində nəinki yazıb охumaq, hətta danışıq dillərini də öyrənmişdir. Nəbi sözün həqiqi mənasında qarеyi-quran оlmuşdur. 1941-ci ildə Daşkənd kənd оrta məktəbində təhsil almağa başlayan Nəbi 1951-ci ildə Daşkənd kənd оrta məktəbini bitirmişdir. Hələ məktəbli оlarkən 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı atası Həsənin müharibəyə gеtməsi ilə əlaqədar ailənin çətinliyi böyük оğul kimi оnun üzərinə düşmüşdür. 1953-cü ildə Göyçə mahalından dеpоrtasiya оlunduqdan sоnra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşmışdır. Nəbi mükəmməl ruhani Ardı »

Qərbi AzərbaycanƏziz Əliyev Tibb İnstitunun rektoru kimi

1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Əziz Əliyev o illərdə ADTİ-nin yaradılmasında böyük rol oynayır. 1932-ci ildə o həmin institutun rektoru olur.

Əziz Əliyev 1934-cü il mart ayının 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri təyin edilir. Ancaq az keçməmiş, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə o, yenidən ADTİ-nin rektoru vəzifəsinə qaytarılır. ADTİ-yə rektor təyin edildikdən az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanır. O, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini Ardı »

Qərbi AzərbaycanKasax bazilikası

Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan – Gümrü şose yolunun üstündə yerləşən qədim türk məbədi.

Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir.

Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948 – ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir Ardı »

Qərbi AzərbaycanÇamırlı

Tarixi[redaktə]
Çamırlı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Qızılvəng kəndinin yaxınlığında, Alagöl çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritesində qeyd edilmişdir (348, s.279).

Kənddə 1873 - cü ildə 244 nəfər, 1886-cı ildə 329 nəfər, 1897-ci ildə 374 nəfər, 1908-ci ildə 491 nəfər, 1914 - cü ildə 632 nəfər, 1916-cı ildə 541 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ilin yazında kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.

1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 42 nəfər azərbaycanlı yaşamışdır (415, s.112-113). Kənd 1929 - cu illərdə ləğv edilmişdir.

Toponim təkə adlı türk Ardı »

Qərbi AzərbaycanTofiq Hüseynov (şair)

Həyatı[redaktə]
Tоfiq Hüsеynov 10 оktyаbr 1936-cı ildə Qаrаqоyunlu еlinin İcevan rayonunun Salah kəndində müəllim аiləsində аnаdаn оlmuşdur.

1944-1954-cü illərdə оrtа məktəbdə təhsil аlmış və Polad kənd orta məktəbini "gümüş mеdаl"lа bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Gеоfizikа fаkültəsinə, 1955-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Kənd təsərrüfаtındа istеhsаlаt prоsеsinin mехаnikləşdirilməsi" fаkültəsinə qəbul оlmuşdur. 1960-cı ildə həmin fаkültənin mühəndis-mехаnik iхtisаsınа yiyələnmişdir.

SSRİ-nin "Şərəf nişаnı", "V.I.Lеninin аnаdаn оlmаsının 100 illik yubilеyi" və "Əmək vеtеrаnı" оrdеn və mеdаllаrı ilə təltif оlunmuşdur.

1960-1965-ci illərdə İrəvаn şəhərində tехnikumdа müəllim, 1965-1971-ci illərdə isə Ermənistan SSR Nаzirlər Sоvеtinin Kənd Təsərrüfаtı şöbəsində rеfеrеnt vəzifəsində çаlışmışdır. İşlədiyi müddətdə İrəvan şəhər sоvеtinin dеputаtı оlmuşdur. 1971-1976-cı Ardı »

Qərbi AzərbaycanKarbi kəndləri

Əştərək rayonuAğsu • Avan • Byurakan • Cadqıran • Əgərək • İlançalan • İnəkli • Karbi • Kasax • Qaracoran • Qaraşam• Qızıldəmir • Qoş • Maqda • Mrqaşen • Muğan • Nəzirvan • Nor Yerznka • Orqov • Oşakan • Pərpi • Pətrinc • Proşyan • Sağmosavan • Sasunik • Şəmirəm • Talış • Təkiyyə • Txit • Tulnəbi • Ucan • Uşi • Yeğvard
Alagöz rayonuAlagöz rayonu Ardı »

Qərbi AzərbaycanElsevər Kərimov

Kərimov Elsevər Nəriman oğlu - alim

Həyatı[redaktə]
Kərimov Elsevər Nəriman oğlu 13 mart 1958-ci ildə Qədim Göyçə mahalında anadan olmuşdur. 1984-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşunaslıq" fakultəsini bitirmişdir. 1985-1989-cu illərdə AMEA-nın İİ aspirantı olmuşdur.

1991-ci ildə "Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və onun idarə edilməsinin təşkili" ixtisası üzrə dissertasiya işini müdafiə etmiş və i.e.n. olmuşdur. 1981-1994-cü illərdə AMEA-nın İqtisad İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir.

2000-ci ildə dosent olmusdur. 1994-2011-ci ilin sentyabrına kimi Azərbaycan Kоопераsiyа Universitetinin elmi işlər üzrə prorektor işləmişdir. Hal-hazırda Azərbaycan Kоопераsiyа Universitetinin "Doktorantura" şöbəsinin müdiridir.

2 kitab, 3 dərslik, 2 metodiki vəsaitin, 70 Ardı »

Qərbi AzərbaycanToxluca - Bitki örtüyü

Mədəni bitkilərdən arpa, buğda, çovdar, vələmir, yonca, qorunca, kartof, tütün, çuğundur, qarğıdalı və s. becərilirdi. Meyvə ağaclarından alma, armud, gilas, qoz, gavalı, alça, ərik, giləmeyvələrdən isə qarağat və çay tikanı geniş yayılmışdı. Qeyd etmək lazımdır ki, Toxluca ərazisində əsasən kolluqlar, eləcə də gölətrafı ərazilərdə seyrək ardıc meşələri və Göyçə gölünün sahili boyunca sonradan salınmış meşə zolaqları mövcuddur. Yaşlı nəslin söylədiklərinə əsasən, XIX əsrədək Toxlucada dağətəyi sıx meşəliklər, kəndin indiki yerində isə calalıq-sucaq yaşıllıq mövcud olub. Lakin insanların təsərrüfat fəaliyyəti nəticəsində həmin meşəliklər məhv edilib,calalıq qurudularaq evlər salınmışdır. Təbii ki, meşə altında olan torpaqların tərkibi meşələrin qırılmasından sonra tədricən dəyişmiş, bu isə Ardı »