Qərbi Azərbaycan → Toxluca - Bitki örtüyü
Mədəni bitkilərdən arpa, buğda, çovdar, vələmir, yonca, qorunca, kartof, tütün, çuğundur, qarğıdalı və s. becərilirdi. Meyvə ağaclarından alma, armud, gilas, qoz, gavalı, alça, ərik, giləmeyvələrdən isə qarağat və çay tikanı geniş yayılmışdı. Qeyd etmək lazımdır ki, Toxluca ərazisində əsasən kolluqlar, eləcə də gölətrafı ərazilərdə seyrək ardıc meşələri və Göyçə gölünün sahili boyunca sonradan salınmış meşə zolaqları mövcuddur. Yaşlı nəslin söylədiklərinə əsasən, XIX əsrədək Toxlucada dağətəyi sıx meşəliklər, kəndin indiki yerində isə calalıq-sucaq yaşıllıq mövcud olub. Lakin insanların təsərrüfat fəaliyyəti nəticəsində həmin meşəliklər məhv edilib,calalıq qurudularaq evlər salınmışdır. Təbii ki, meşə altında olan torpaqların tərkibi meşələrin qırılmasından sonra tədricən dəyişmiş, bu isə Ardı »