Qərbi Azərbaycan → Şıxlar (Qarakilsə)
Tarixi[redaktə]
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şeyxler, Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında (348, s.296) qeyd edilmişdir. 1918-ci ildə cilono və Mülkədari kəndlərinin erməniləri Eyvazlu kəndinə hucum edərək, əhalinin bütün mal-qarasını sürüb apardılar, evlərini isə talan etdilər və Hüseyn Allahverdi oğlunu öldürdülər; həmin ilin qışında Dolanlar kənidinin erməniləri Şıxlar kəndinə vəhşicəsinə basqın edərək, evlərə od vurub yandırdılar, kəndlilərin əmlaklarını talan etdilər, mal-qaranı qovub apardılar; Mülkədari kəndinin erməniləri Məliklu kəndini darmadağın etdilər, evləri yandırdılar, əmlakları daşıyıb apardılar, mal qaranı qaçırtdılar.
Coğrafiyası və iqlimi[redaktə]
İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 36 km şimal-qərbdə Ardı »