Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanMübariz Elyazov

Mübariz Elyazov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü.

Həyatı[redaktə]
Elyazov Mübariz Elyaz oğlu 1967-ci ildə Göyçə mahalının Vardenis rayonunda anadan olmuşdur. 1984-cü ildə Moskva şəhərində 84 saylı texniki-peşə məktəbinə daxil olmuş, 1985-ci ildə həmin məktəbi elektrik ixtisası üzrə bitirmişdir.

1988-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Rusiya Federasiyasının Çita vilayətinin Ədliyyə idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.

1995-1999-cu illərdə Çita vilayət prokurorluğunda prokuror köməkçisi və müstəntiq vəzifələrində çalışmışdır. 1999-cu ildən etibarən "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin hüquqşünası və Asiya Universitetinin Jurnalistika fakültəsində "Jurnalistika və hüquq" tədris proqramı üzrə seminarlar aparmışdır.

2002-ci ildə Azərbaycan Respublikasının Münsiflər Məhkəməsinin Ardı »

Qərbi AzərbaycanZabazadur

Zabazadur — Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində mövcud olmuş kənd.

Tarixi[redaktə]
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində olmuş Zabazadur kəndi rayon mərkəzindən 15 km cənub-qərbdə, Salvartı, Dəliçay, Abuzər və Xırdaçayın Qarışığının sağ sahilində, dağ ətəyi dərədə yerləşirdi. 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. Əhalisi bütünlüklə qırılmışdır.



Zabazadur kəndinin coğrafi quruluşu[redaktə]
Zabazadur kəndi Qafqazətəyi Zəngəzur sıra dağlarının şərq hisəsində və həmin istiqamətdən gələn dərələrin birləşdiyi yerdə dəniz səviyyəsindən 2600 m hündürlükdə və qismən Zabazadur dərəsində yerləşırdi. Kəndin yeri yaşayış ücün tam uygun yerdə yerləşmişdi. Demək olar ki, dağ çayının və bir neçə bulaq suyundan yaranan Zabazadur dərəsindən axan suyun kənarında yerləşırdi. Hortuyüz kəndinin Ardı »

Qərbi AzərbaycanRamiz Bayramov

Həyatı[redaktə]
1986-cı ildə Ermənistan SSR Vardenis rayonu Zərkənd orta məktəbini əla qiymətlərlə bitirərək 1987-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-1989-cu illdərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Tibb Universitetini Mustafa Topçubaşov adına təqaüdlə oxumuş və 1994-cü ildə qeyd edilən universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında klinik ordinaturanı, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspiranturanı bitirmişdir.

2000-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent, 2007-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında dosent kimi fəaliyyət göstərmiş, 2007-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının torakoabdominal şöbəsinin rəhbəri və 2014-cü ildən Ardı »

Qərbi AzərbaycanÇaykənd (Qaraqoyunlu)

ÇAYKƏND (1991-ci ildən DPRABAK) - Qаrаqоyunlu mahalına aid kənd. İndiki adı Dprabak. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir.

Haqqında[redaktə]
Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 22 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 409, 1914-cü ildə 677, 1931-ci ildə 662 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.

Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi. İlk dini və dünyəvi məktəblər də çaykənddə olub. Əvvəlcə ibtidai, sonra yeddillik olan, daha sonra isə orta məktəb açılmış Ardı »

Qərbi AzərbaycanQızıl Şəfəq

Tarixi[redaktə]
1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq «y» səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır.

Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.

Əhalisi[redaktə]
Kənddə 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 237 Ardı »

Qərbi AzərbaycanYusif Yusifov (alim) - Əsas elmi əsərləri

1956

Царское ремесленное хозяйство в Мидии и Эламе (VI в. до н. э.). Автореф. канд. дисс. Ленинград. – 16 стр.
1958

Хозяйственные документы из Суз и хронология ранних Ахеменидов // Вестник Древней Истории, №3, с. 18-32.
Царское ремесленное хозяйство в Эламе Мидийско-персидского времени // Труды Института Истории АН Азерб. ССР. Т.XIII, с. 80-108.
1959

К вопросу о деятельности Гауматы // Доклады АН Азерб. ССР, №3, с. 251-257.
О государственном ремесленном хозяйстве в Мидии // Доклады АН Азерб. ССР, №3, с. 373-377.
Эламские долговые документы из Суз (II тыс. до н. э.) // Вестник Древней Истории, №2, с. 45-56.
1960

Характер организации ремесла в Ассирии, Урарту и Мидии // Труды Института Истории Ardı »

Qərbi AzərbaycanGöyərçin (kənd)

Haqqında[redaktə]
Göyərçin kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənddir. Azərbaycanlı əhalisi 1897-ci ildə 257, 1926-cı ildə 271, 1931-ci ildə 205, 1939-cu ildə 237 nəfər olub. 1950-ci ildə yaxınlıqdakı Salah kəndi ilə birləşdirilmişdir, əhalisi də oraya köçürülmüşdür.

Tarixi[redaktə]
Göyərçin kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Ardı »

Qərbi AzərbaycanVağudi

Tarixi[redaktə]
Rayon mərkəzindən 9 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.47). Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi (415, s.76). Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin birləşməsindən yaranmışdır.

Kəndin adı Ağudi toponiminin əvvəlinə «v» samitinin artırılması əsasında yaranmışdır. Voxçu (Oxçu toponimindən) toponimi, varsaq (arsaq etnonimindən) etnonimi həmin konstruksiya əsasında yaranmışdır. Ağudi toponimi ilə Vağudi toponimi eyni semantik xüsusiyyətə malikdir (Bax: Ağudi).

Əhalisi[redaktə]
Kənddə 1831-ci ildə 44 nəfər, 1873 - cü ildə 653 nəfər, 1886-cı ildə 926 nəfər, 1897-ci ildə 1286 nəfər, 1908-ci ildə 1395 nəfər azərbaycanlı yaşamışdır Ardı »