Qərbi Azərbaycan → Qəzənfər Həsənov
Qəzənfər Həsənov (d.12.11.1948, Sisiyan – 30.04.1984,) – fizika-riyaziyyat elmləri namizədi
Həyatı[redaktə]
Həsənov Qəzənfər İman oglu 12 noyabr 1948-ci ildə atasının ölümündən 5 ay sonra Ermənistan SSR-nin Sisiyan rayonunun Ərəfsə kəndində dünyaya gəlmişdir. 6 yasında fələk yenə onu imtahana çəkdi. Belə ki, sağ əlinin üç orta barmağı malatilkanın qayısına ilişib qaldı. Məktəbdə məcburən solaxay yazmağa başladı. 9-cu sinifdən sonra o, Bakı 1№-li Riyaziyyat təmayüllü internat məktəbində oxumuşdur.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsinə qəbu olmuşdur. 1971-ci ildə Universiteti bitirib Moskva Dövlət Akademiyasının Aspiranturasına qəbul olub.
1978-ci ildə elektro hesablayıcı proqramlaşdırması üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik adı almışdır. Moskva elmi-tədqiqat institutunda bas elmi isçi və şöbə Ardı »