Qərbi Azərbaycan → Əsəd Əhmədov
Həyatı[redaktə]
15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi.
Döyüşlərdə iştirakı[redaktə]
Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir.
O, 1992-cı il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Ailəsi[redaktə]
Subay idi.
Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Ardı »