Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanArdanış - Nəqliyyat

Nəqliyyat vasitəsi kimi at, ulaq, öküz və at arabalarından (furqondan) istifadə edilib. Öküz arabaları iki və ya dörd təkərli olub. Dördtəkərli arabalarda daha çox yük daşımaq mümkün olub. Hər arabaya boyunduruq vasitəsilə iki öküz qoşulurmuş. Fərdi təsərrüfatlarda, sonradan isə kolxozda XX əsrin 50-ci illərinə qədər öküz və at arabalarından istifadə edilib. Öküz arabaları son dövrlərə qədər saxlanılırdı. Güclü qar yağdıqda, yük avtomobillərinin hərəkəti mümkün olmadıqda xırmandan kəndin başındakı fermalara ot-ələf daşımaq üçün bu arabalardan istifadə edilirdi. Kolxozun altı briqadasının hər birində 50-yə yaxın öküz olub. 1950-1952-ci ilə qədər Göyçə gölü ətrafında münasib quru yolu və sürətli nəqliyyat vasitəsi olmadığı üçün Göyçə Ardı »

Qərbi AzərbaycanAğyoxuş

Tarixi[redaktə]
1922-ci ildə rusların dəstəyi ilə tarixi torpaqlarımızda Ermənistan SSR yaradıldıqdan sonra erməni daşnaqlarının əl-qolu açılıb. Türkiyədən, Suriyadan gətirilən ermənilər məqsədli şəkildə, yavaş-yavaş Göyçənin azərbaycanlılar yaşayan kəndlərində yerləşdirilməyə başlanıb. Subatan kəndi dağ ətəyində, heyvandarlıq və əkinçilik üçün əlverişli bir yerdə yerləşdiyindən ermənilər buradakı yerli əhalini müxtəlif bəhanələrlə köçürmək istəyiblər.

Subatana yaxın yerləşən dağlarda kifayət qədər Subatan (Göyçə) kəndinin yaxınlığında yerləşən dağlarda içməli su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, vəzifədə olan ermənilər bu problemi aradan qaldırmaq istəməyiblər. Kəndə borular vasitəsilə su çəkmək əvəzinə, əhalini köçürməklə həmin yerləri ələ keçirməyə cəhd ediblər.Ermənilər həmin vaxt qismən istəklərinə nail olublar. Belə ki, Subatandan 3-4 tayfa 1936-37-ci illərdə Ardı »

Qərbi AzərbaycanQaradağlı (Qarakilsə)

Tarixi[redaktə]
İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd.

Mədəniyyəti[redaktə]
Coğrafiyası və iqlimi[redaktə]
İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.116) qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır.

Əhalisi[redaktə]
Buraya ermənilər 1828-1830 - cu illərdə İrandan köçürülmüşdür (386, s.547-549; 415, s.14). Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 128 nəfər, 1873 - cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919 - cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1919 - cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri Ardı »

Qərbi AzərbaycanKəvər (şəhər)

Kəvər – Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər.

1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S.A.Ter-Petrosyan) Ardı »

Qərbi AzərbaycanXX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi

XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi – azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə , , , , .

Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:

Birinci mərhələ 1905-1920-ci illər;
İkinci mərhələ 1948-1953-ci illər , ;
Üçüncü mərhələ 1988-1992-ci illər.
Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni Ardı »

Qərbi AzərbaycanQancasar FK

«Qancasar» Futbol Klubu (erm. «Ֆուտբոլային Ակումբ „Գանձասար“ Կապան», ing. «Gandzasar») — Ermənistan Premyer Liqasında Qafan şəhərini təmsil edən futbol klubu. Klubun adı Qafanın mədən şəhəri olması ilə bağlı olaraq qoyulub və ermənicədən tərcümədə "Xəzinəli dağ" mənasına gəlir.

Tarixi[redaktə]
Klub 1963-cü ildə «Lernaqorts» adı ilə Qafan şəhərində yaradılıb. Yarandığı dövrdən bu günə kimi bir neçə ad dəyişikliyinə məruz qalıb.

Ad dəyişiklikləri[redaktə]
1963 - 1989 Lernaqorts FK
1989 - 1990 Qafan FK
1991 - 1993 Sünik FK
1995 - 1996 Qafan-81 FK
1997 - 2004 Lernaqorts FK
2004 - bugünəcən Qancasar FK Ardı »

Qərbi AzərbaycanVitali Rəhimov

Vitali Rəhimov — Ləzgi Yunan-Roma güləşçisidir.

1984-ci il avqust ayının 27-də dünyaya gəlib. 2005ci il Avropa çempionu olan pəhləvan, 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarının 60 kq çəki dərəcəsində gümüş medal qazanmışdır.

Uğurları[redaktə]
Olimpiya Oyunları:
Gümüş medal (1) — 2008
Dünya çempionatı:
Bürünc medal (2) — 2009, 2010 Ardı »

Qərbi AzərbaycanUzunlar monastırı

Uzunlar Monastırı – Qərbi Azərbaycanın (indiki Ermənistan) Allahverdi (19. 09. 1969 – cu ildən Tumanyan) rayonunun Uzunlar (30. 09. 1968 – ci ildən Odzun) kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid qədim türk məbədi.

Tarixi[redaktə]
Günbəzli bazilika üslubunda inşa olunmuş məbəd öz adını Uzunlar kəndindən almış, "Uzunlar" toponimi isə uz // quz // oğuz formalı türk boyunun adından və türk dillərində cəm şəkilçisi olan –lar şəkilçisindən ibarətdir.

Qədimdən türk boylarının yurdu olan Uzunlar kəndinə ilk ermənilər XIX yüzilin əvvəllərində köçürülmüşlər.

Memarlıq xüsusiyyətləri[redaktə]
Uzunlar məbədinin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir. Lakin sonrakı dövrdə Ardı »